main-post-cover

    Snapchat videokamerası olan eynəkləri təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur mobil messencer olan Snapchat, videokamerası olan gün eynəyini təqdim edib.

    130$ qiymətinə olan cihaz Spectacles adlanır. Smart eynəklər10 saniyəlik videolar çəkib onları naqilsiz şəbəkə vasitəsilə smartfona ötürə bilir. "Biz ən kişik və naqilsiz videokameralardan birini yaratdıq. Cihazın bir dəfə enerji yığmasından sonra onun vasitəsilə bütün gün ərzində videolar çəkmək mümkündür” – deyə cihazın təsvirində qeyd olunub. Spectacles smartfondakı Snapchat tətbiqinə bilavasitə Bluestooth və ya Wi-Fi ilə qoşulur. Beləliklə cihaz ilə çəkilmiş videolar tez bir zamanda tətbiqə yüklənir və paylaşılır. Eynəklər bu payız fəslində kiçik tirajla satışa çıxacaqlar. Cihazın dəqiq texniki göstəriciləri və tam dəqiq çıxış tarixi qeyd olunmayıb. Bütün eynəklər eyni ölçülərdə olacaqlar. Snapchat-ın təsisçisi və CEO-su Evan Şpigel bu eynəyin prototipini 2015-ci ilin əvvəlindən bəri test edib.

     
    Linki kopyala