main-post-cover

    Snapdragon 820 çipi rəsmi şəkildə təqdim olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Qualcomm şirkəti yeni Snapdragon 820 çipini təqdim etdi. Yeni çip 64-bit olub öz Kryo nüvəsini işlədən 4 nüvəli prosessordur. Bu göstəricilər ilə yeni çip Snapdragon 810-dan 2 dəfə daha çox sürətlidir. Adreno 530 videosürətləndiricisi Adreno 430-dan 40% daha sürətli olaraq fotorealistik qrafika göstərməyə qadirdir. Çip 28 MP kamera ilə yanaşı həmdə 4K Ultra HD videoların yazılmasını və göstərilməsini dəstəkləyir. Snapdragon 820 çipi sürətli enerji yığma texnologiyası Quick Charge 3.0 ilə təchiz olunub. Bu texnologiyanın köməyi ilə istifadəçilərin cihazları adi enerji yığmadan fərqli olaraq 4 dəfə, Quick Charge 2.0 texnologiyasından fərqli olaraq isə 38% daha tez enerji yığacaq. Wi-Fi 802. 11ad və 802. 11ac 2x2 MU-MIMO texnologiyasının köməyi ilə isə istifadəçilər daha sürətli internetə sahib olacaqlar. Bundan əlavə olaraq Snapdragon 820 çipi LTE-U texnologiyasını dəstəkləyən ilk çipdir. Snapdragon 820-nin dəstəklədiyi yeni X12 LTE modemi Cat. 12 LTE yüklənməsini saniyədə 600mbit-ə çatdıracaq. Göndərilmə sürəti isə saniyədə 150mbit təşkil edəcək. Snapdragon 810-dakı X10 LTE modemi ilə fərqləndirəndə yüklənmə sürəti 33%, göndərilmə sürəti isə 300% artmışdır. 


    Linki kopyala