main-post-cover

    Snapdragon 821 və 8 GB RAM Bir Yerdə: Oppo Find 9

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Oppo Find cəbhəsində uzun müddətdən sonra yenilik edilib. İki il sonra Find seriyasına daxil ediləcək üst səviyyə model Oppo Find 9, görünən odur ki,  mükəmməl bir telefon olacaq. 


    Oppo, iki il keçməsinə baxmayaraq Find seriyasına üst səviyyə bir model daxil etməmişdi. Son məlumatlar isə Oppo Find 9 modelinin yolda olduğunu göstərir. Oppo Find 9 hələ ki, Çinli istehsalçı tərəfindən təsdiqlənməyib, ancaq telefon təqdimatdan əvvəl sızıntı qurbanı olan cihazlar arasına adını yazdırıb. 

    Weibo vasitəsilə yayımlanan bir şəklin Oppo Find 9 modelinə aid olduğu iddia edilir. Şəkildə görünən telefon, Find 7 modelini xatırladır, ancaq ilk baxışda iki əhəmiyyətli fərq gözə çarpır. 
     
    Snapdragon 821 və 8 GB RAM Bir Yerdə: Oppo Find 9


    İlk fərq Find 9-un ön panelinin alt və üst hissəsində cüt dinamik olmağıdır. Digər fərq isə Find 9'da USB Type-C portunun olmağıdır.

    Oppo Find 9 Xüsusiyyətləri


    Find 9-un yayda satışa çıxarılacağı gözlənilir. Texniki xüsusiyyətləri barədə isə etibarlı mənbələrdən gələn bəzi məlumatlar var. Find 9-da 5.5 düym böyüklüyündə Super AMOLED ekran, 2.3 GHz tezlik sürətində işləyən dörd nüvəli Snapdragon 821 prosessor olacaq

    8GB RAM və 128GB daxili yaddaş ilə iddialı bir təchizat paketi təqdim edəcək telefonda həmçinin VOOC sürətli şarj dəstəyinə sahib 4.100 mAh həcmli batareya, 21 megepiksel arxa kamera və 16 megapiksel ön kamera olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər