Snapdragon prosessorunu hack edənə 15.000$ mükafat
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Qualcomm", Snapdragon çipsetlərində boşluq tapanlara 15.000$ mükafat verəcəyini bildirib.
Bir
çoxlarımız elektron cihazların xüsusiyyətləri ilə tanış olarkən Snapdragon adlandırılan terminlə rastlaşırıq. Belə ki, mobil cihazlarda yer alan Snapdragon
prosessordur və "Qualcomm" adlı şirkət tərəfindən istehsal olunur.
Bir
çox şirkətlər öz məhsullarını təqdim edərkən onu hack edən şəxsə yüksək məbləğdə
mükafat vəd edir. Belə şirkətlər arasında xüsusilə dünya elektronika nəhəngləri
xüsusi yer tutmaqdadır. "Qualcomm" şirkəti də bu ənənəni davam etdirənlərdəndir.
Belə ki, indiyədək Snapdragon 810 modeli ilə bağlı problemlər yaşayan, lakin
sonradan bunun öhdəsindən gələn "Qualcomm", yeni cipsetləri ilə problem yaşamaq
istəmədiyi üçün developerlərdən kömək istəyir.
Rəsmi
şəkildə Bounty Proqramı elan edən şirkət, Snapdragon çipsetləri və modemlərində
boşluq tapanlara 15.000$ mükafat verəcəyini bildirib. "Qualcomm" əsasən Snapdragon 400, Snapdragon 615, Snapdragon 801, Snapdragon 805, Snapdragon
808, Snapdragon 810, Snapdragon 820 və Snapdragon 821 çipsetləri ilə Snapdragon X5, Snapdragon X7, Snapdragon X12 və Snapdragon
X16 modemlərinə xüsusi yer vermək niyyətindədir. Bunun üçün "Qualcomm" tapılan boşluqları nəzərə alaraq mükafat məbləği təyin edib. Mükafatlar haqda ətraflı
məlumat almaq istəyənlər burdan öyrənə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)