main-post-cover

    Sındırılmış Pokemon GO-nu jailbreak-siz iPhone-a necə yükləmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İyul ayında təqdim olunmuş Pokemon GO mobil oyunu sözsüz ki, bu ilin ən uğurlu oyunlarından biri olmaqla yanaşı həmdəki ən uğurlu sosial fenomeni adına da laiq görüldü.

    Oyun bir çoxlarını dəli edəcək dərəcədə özünə bağladı. Bu isə öz növbəsində çoxdan yaradılmış brendin hansı səviyyədə aktual olduğunu göstərdi. İndi bir çox şirkətlər Pokemon GO-dan nümunə götürərək köhnə brendlərini yeni üslubda hazırlamağı planlaşdırırlar. Əgər siz də özünüzü Pokemon GO oyunçusu hesab edirsinizsə və pokemonları asanlıqla tutmaq istəyirsinizsə onda sizlərə jailbrake-siz iPhone-a sındırılmış Pokemon GO oyununu quraşdırmaq üsulunu təqdim edirik.
    Tələb olunanlar:
    Windows və ya mac OS əməliyyat sistemi ilə çalışan kompüter
    iOS 9 və ya daha yuxarı versiyalara sahib iOS sistemli cihaz
    iTunes-un ən son versiyası
    Addım 1. Cydia Impacter tətbiqini kompüterininə yükləyin. Tətbiq Windows, mac OS və hətda Linux-u belə dəstəkləyir
    Addım 2. Pokemon GO++ IPA faylını yükləyin
    Addım 3. Öz smartfonunuzu PC-ə qoşaraq iPhone-da "Güvənmək” düyməsinə klikləyin
    Addım 4. Yüklənmiş Cydia Impactor tətbiqini işə salın
    Addım 5. PokemonGO1.4r-43.ipa faylını Cydia Impactor pəncərəsinə daxil edin
    Addım 6. Bu zaman ekranda Apple Developer Warning xəbərdarlığı əks olunacaq. "OK” düyməsini klikləyin
    Addım 7. Növbəti pəncərədə istifadə etdiyiniz Apple ID-nin mail ünvanını qeyd edin
    Addım 8. İstifadə etdiyiniz Apple ID-nin şifrəsini qeyd edin
    Addım 9. Əgər siz hər şeyi düzgün yerinə yetirmisinizsə onda Cydia Impactor Pokemon GO-nun sındırılmış versiyasını yükləmək üçün bütün lazımi faylları avtomatik hazırlayacaq
    Addım 10. iPhone-da "Ayarlar -> Əsaslar -> Qurğunun idarə edilməsi” bölməsinə daxil olun və yeni sertifikatı seçərək iki dəfə "OK” düyməsini klikləyin
     
    Addım 11. iPhone-da əsas səhifəyə qayıdın və Pokemon GO++ oyununu işə salın. Bundan sonra siz oyunun sındırılmış versiyasından istifadə edərək rahat şəkildə pokemonları tuta bilərsiniz.

     
     
     
     
     
    Linki kopyala