Süni zəka xəstə qadının həyatını necə xilas edib?

Süni zəka xəstə qadının həyatını necə xilas edib?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Technote.az-ın "Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən Tokio Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri süni zəkanın köməkliyi ilə xərçəng xəstəliyindən əziyyət çəkən xəstə qadının həyatını xilas ediblər.

Qadın xərçəngin nadir növündən əziyyət çəkirdi. IBM Watson sistemi isə həkimlərin səhvini düzəldərək düzgün diaqnoz təyin edib. Xəstəyə kəskin mieloid leykoz diaqnozu qoyulmuş və diaqnozla bağlı müalicə prosesi təyin edilmişdir. Lakin müalicə heç bir nəticə vermədi. Onda həkimlər süni zəkaya müraciət etmək qərarına gəldilər. Həkimlər IMB Watson-a xəstənin simptomlarını daxil ediblər. Sistem isə xərçəng ilə bağlı 20 milyon kliniki araşdırma nəticələrini həkimlər tərəfindən təqdim olunmuş simptomlar ilə müqayisə edib. Süni zəka müəyyənləşdirib ki, qadın xərçəngin digər növündən əziyyət çəkir. Yəni onu başqa üsul ilə müalicə etmək lazımdır. Yeni müalicə üsulu isə müsbət nəticələr verib. Müalicə prosesində həmkarları ilə iştirak etmiş Arinobu Tojo bununla bağlı fikrini belə ifadə edib. "Yaponiyada süni zəka ilk dəfə xəstənin həyatını xilas etmək üçün lazım olub” – deyə Arinobu Tojo bildirib. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×