Süni zəka və robotların inkişafını zəiflədən 2 böyük problem

Süni zəka və robotların inkişafını zəiflədən 2 böyük problem

Digər
08.05.2017 PAYLAŞIM

 
Süni zəka nədir? Hansı mərhələlərə bölünür? Gələcəkdə inkişafı elm mütəxəssizləri və ekspertlər tərəfindən necə dəyərləndirilir? kimi suallara cavab olaraq bir sıra yazı və məqalələrimiz olub. Bu gün isə süni zəkanın inkişafı qarşısında duran başlıca problemlər və onun proqresiv inkişafını zəiflədən amillər haqqında danışacağıq.


Bütün problem və çətinlikləri ümumiləşdirsək süni zəkanın inkişafında 2 əsas problemi götürə bilərik.
 
1 Modelin tanınması (pattern recognition)
 
2 Ümumi hiss,düşüncə və ya idrak (common sense)
 
Hal-hazırda əlimizdə olan ən yaxşı təkmilləşdirilmiş robotlar sadə obyektləri, məsələn fincan, kitab və ya top çətinliklə tanıyır. Robotların görmə detalları bizim təbii gözümüzdən xeyli keyfiyyətli və detallı olsa da, onların beyni nə gördüklərini tanıya bilmirlər. Məsələn, əgər biz bir ağıllı son model robotu insanlar sıx olan küçəyə buraxsaq, tezliklə o normal funksional hərəkətlərini qismən və ya tamamilə itirəcək. Buna səbəb yuxarıda qeyd etdiyimiz pattern recognition problemi səbəb olacaq. Deməli bu problemin mahiyyəti odur ki, robot obyektləri ancaq görür, dərk edə bilmir. Bu sahənin inkişafı üçün süni zəkanı inkişaf etdirib robotlar üzərində təkmilləşdirmək lazımdır. Qeyd edək ki, süni zəka demək robot demək deyil. Robot süni zəkanın sadəcə bir hissəsini təşkil edir.
 


2-ci problem isə yuxarıda qeyd etdiyimiz common sense problemidir. Robotlar dünyada baş verən fiziki, psixoloji və bioloji hadisələri başa düşə bilmirlər. Daha aydın başa düşülməsi üçün belə bir misala baxaq. Hava rütubətli yaxud isti olanda bizə necə təsir göstərəciyini müəyyən səviyyədə anlayırıq. Ancaq robotlar bunu anlamırlar. Başqa bir misal. Hər kəsə aydındır ki, istənilən ana qızından böyükdür. Bunu belə hələ ki, robotlar tam dərk etmir (heç qismən də etmir). Bu istiqamətdə bəzi irəliləyişlər olsa da (məsələn görünən informasiyanın riyazi məntiq əsasında transformasiyası), 4 yaşlı uşağın dərk etmə səviyyəsinə hələ robotlar çatmayıb.
 
Daha bir maraqlı faktı qeyd edək ki, 1990-cı illərin əvvəlində süni zəkanın inkişafı çox sürətlə getdiyindən super zəkaya çatması üçün çox qısa vaxt proqnozlaşdırılmışdı. Lakin yuxarıdakı 2 problemə görə bu inkişaf bir qədər zəifləyiblər. Əslində zəifləməyib, sadəcə keçmiş dövr ilə müqayisədə belə adlandırırıq, çünki indiki prosesin inkişaf şərtləri keçmişdəkindən xeyli çətindir. Təkcə, Google bu prosesi sürətləndirmək üçün ildə bir neçə milyard xərcləyir.
 




DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×