"Snickers"dən möhtəşəm reklam kampaniyası: Reklamı keçmə, Oyna!
Digər
07.05.2017
Farid Pardashunas
Snickers; video paylaşım saytlarındakı videoların əvvəlində çıxan reklamları mini bir oyuna çevirərək effektivliyi artırmağı hədəfləyir.
Video paylaşım saytlarında videolardan əvvəl çıxan
reklamlar sözün əsl mənasında can sıxıcıdır. Bu, videonu izləmək istəyənlər
üçün keyf pozan bir detal sayılarkən, bunun belə görülməsi reklamverən şirkət
üçün də reklam məsrəflərinin boş yerə xərclənməsi deməkdir. Daha da pisi
videonun ortasında çıxan reklamlardır ki, o mövzuya heç girməyək.
Snickers və reklam agentliyi Impact BBDO Dubai, video əvvəli
reklamların istehlakçı gözündəki can sıxıcılığını qırmaq və beləcə marka üçün o
məcranın daha effektiv istifadə edilməsinə şərait yaratmaq üçün -nisbətən- əyləncəli
bir yol tapıblar. Snickers-in "Ackən sən o sən deyilsən” strategiyasına əsaslanaraq
hazırlanan kampaniyada, bu reklamları insanların oynaya biləcəkləri kiçik və
gülməli oyunlara çeviriblər.
Hazırlanan mini-oyunlarda fərqli personajlar aclıqdan qəribə
davranışlar sərgiləyərkən bizim məqsədimiz də ekranda uçan Snickersləri pause(spacebar) düyməsinə basaraq tutmaq və personajlara yedirərək aclıqlarını
azaltmaqdır. Bu kiçik video-əvvəli oyunların musiqisi və vizual dili bir arcade oyununa bənzəyir və personajların halları olduqca gülməlidir.
İlk oyunda aclıqdan əsəbi başına vurub, bir Amerikan güləşçisinə
çevrilən bir avtobus şoferi var. Yol boyu hərkəsə bağırır, hirslənir, deyinir.
O ac qaldıqca üstdəki "əsəb” həddi də dolur. İkinci oyunda isə bir tennis oyunu
başlatmalı olan şəxs aclıqdan sıxılmış və asi bir rock ulduzu kimi davranır. Bu
oyunda isə əsəb deyil "asilik” həddi gedərək artır. Snickers yediklərində isə
ikisi də sakinləşirlər.
Bu reklam-oyunlar, video paylaşım saytlarından başqa TV-də də göstəriləcək və izləyicilər televizor pultlarının üstündəki saxlamaq(pause)
düyməsi vasitəsilə Snickersləri tutaraq, personajlarımıza yedirə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək