"Snickers"dən möhtəşəm reklam kampaniyası: Reklamı keçmə, Oyna!

"Snickers"dən möhtəşəm reklam kampaniyası: Reklamı keçmə, Oyna!

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon


Snickers; video paylaşım saytlarındakı videoların əvvəlində çıxan reklamları mini bir oyuna çevirərək effektivliyi artırmağı hədəfləyir.

Video paylaşım saytlarında videolardan əvvəl çıxan reklamlar sözün əsl mənasında can sıxıcıdır. Bu, videonu izləmək istəyənlər üçün keyf pozan bir detal sayılarkən, bunun belə görülməsi reklamverən şirkət üçün də reklam məsrəflərinin boş yerə xərclənməsi deməkdir. Daha da pisi videonun ortasında çıxan reklamlardır ki, o mövzuya heç girməyək.

Snickers və reklam agentliyi Impact BBDO Dubai, video əvvəli reklamların istehlakçı gözündəki can sıxıcılığını qırmaq və beləcə marka üçün o məcranın daha effektiv istifadə edilməsinə şərait yaratmaq üçün -nisbətən- əyləncəli bir yol tapıblar. Snickers-in "Ackən sən o sən deyilsən” strategiyasına əsaslanaraq hazırlanan kampaniyada, bu reklamları insanların oynaya biləcəkləri kiçik və gülməli oyunlara çeviriblər.


Hazırlanan mini-oyunlarda fərqli personajlar aclıqdan qəribə davranışlar sərgiləyərkən bizim məqsədimiz də ekranda uçan Snickersləri pause(spacebar) düyməsinə basaraq tutmaq və personajlara yedirərək aclıqlarını azaltmaqdır. Bu kiçik video-əvvəli oyunların musiqisi və vizual dili bir arcade oyununa bənzəyir və personajların halları olduqca gülməlidir.

İlk oyunda aclıqdan əsəbi başına vurub, bir Amerikan güləşçisinə çevrilən bir avtobus şoferi var. Yol boyu hərkəsə bağırır, hirslənir, deyinir. O ac qaldıqca üstdəki "əsəb” həddi də dolur. İkinci oyunda isə bir tennis oyunu başlatmalı olan şəxs aclıqdan sıxılmış və asi bir rock ulduzu kimi davranır. Bu oyunda isə əsəb deyil "asilik” həddi gedərək artır. Snickers yediklərində isə ikisi də sakinləşirlər.

Bu reklam-oyunlar, video paylaşım saytlarından başqa TV-də də göstəriləcək və izləyicilər televizor pultlarının üstündəki saxlamaq(pause) düyməsi vasitəsilə Snickersləri tutaraq, personajlarımıza yedirə biləcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×