main-post-cover

    Sınmış iPhone-u geri qaytar. Apple möhtəşəm kompaniya ilə istifadəçilərini sevindirir.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple ekranı sınmış və mütəlif hissələri xəsarət almış telefonlara görə güzəştli barter etmək kompaniyasına hazırlaşır.
     
    9to5Mac mənbəsinin xəbərinə görə Apple, xəsarət almış iPhone'ları istifadəçilərdən almaq üçün yeni kompaniya başladır. Apple, müəyyən olunan rəqəmlər çərçivəsində, ekranı qırıq, düymələri yaxud kamerası zərər görmüş iPhone 5s, iPhone 6iPhone 6 Plus telefonlarını qəbul edəcək.
     
    Bundan məlum olur ki, iPhone 5s-dən köhnə olan modellər qəbul edilmyəcək. Modelə görə qiymətləndirmə isə artıq məlumdur. Apple, qırılmış iPhone 5s üçün sizə 50, iPhone 6iPhone 6 Plus modelləri üçün isə müvafiq olaraq 200 və 250 dollar kredit verəcək. Rəqəmlər modellərə və yaddaşa uyğun dəyişə bilər. Modellər arasına iPhone 6s 6s Plus'un daxil edilməmə səbəbi isə məlum deyil.


     
    Bundan əlavə barter şərtləridə mümkün olacaq, bunun üçün cihazın su keçirməməsi, parçalara ayrılmaması və iCloud'da olmaması lazım olacaq. Apple bu tip kompaniya başlatmasının səbəblərindən biri də, növbəti dövrdə iPhone cihazlarının əvvəl ki, kimi satış sayına çatmaması gözləntiləridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər