Softbank CEO-sundan qorxunc iddia: Robot sayı, 30- il içində İnsan əhalisini Keçəcək!

Softbank CEO-sundan qorxunc iddia: Robot sayı, 30- il içində İnsan əhalisini Keçəcək!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Yaponların dünyaca məşhur telekommunikasiya və internet şirkəti olan Softbank-ın CEO-su Masayoshi Son, ağıllı robotların sayının 30 il içində insan əhalisindən çox olacağını söylədi.

Barcelona-dakı Dünya Mobil Konqresində texnologiyanın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyinə dair fikirlərini paylaşan Softbank-ın CEO-su Masayoshi Son, "Gələcək 30 ildə ayaqabılarımızda olan çiplər beynimizdən daha ağıllı olacaq. Bu çiplərin üstünə basacağıq amma onlardan daha geridə olacağıq" dedi. Bu gün orta hesabla bir insanın IQ-sunun 100, Albert Einstein və ya Leonardo Da Vinçi kimi şəxslərin 200-ə qədər çıxdığını söyləyən Son, bu kəslərin dahi olaraq dəyərləndirilməsinə qarşılıq robotların IQ-sunun zamanla 10 minə qədər çıxa biləcəyini bildirdi. Bunu "super zəkanın doğuşu” olaraq təyin edən Son, "bəli, bu gerçək olacaq” dedi.

Ağıllı robotların 30 il içində insan əhalisindən daha çox sayda olacağını, görünüşlərinin və ölçülərinin insanlarla bənzərlik göstərəcəyini söyləyən Son, bəzi robotların uçacağını üzə biləcəklərini, bəzilərinin iki ayağının, bəzilərinin isə yüzlərlə ayağa sahib ola biləcəyini söylədi.


Robotların nə cür bir təhlükə meydana gətirə biləcək mövzusunda da fikirlərini ifadə edən Son, sözlərini bu ifadələrlə sonlandırır: "Məncə bu super zəka bizim tərəfdaşımız olacaq. Əgər bunları düzgün istifadə etməsək bu bir risk meydana gətirə bilər. Buna qarşı robotları doğru işlər üçün istifadə etsək bunlar daha yaxşı bir həyat üçün ortaqlarımız ola bilər”.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×