main-post-cover

    Son Dəqiqə: Azərbaycanda iPhone 7-nin rəsmi satışları başlayır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sentyabr ayının 7-si təqdim olunmuş iPhone 7-nin Azərbaycanda rəsmi satışına başlanacağı xəbəri gəldi. Alma Store mağazalar şəbəkəsi tərəfindən satışına başlanacaq cihaza hər növ xidmət (Beynəlxalq zəmanət, texniki dəstək, təlim və s.) rəsmi olaraq göstəriləcəkdir.

    Bugünə qədər iPhone-dan başqa bütün Apple məhsullarına dəstək göstərilsə də artıq iPhone 7 və ondan sonrakı cihazlara da dəstək mövcud olacaq. Alma Store-dan redaksiyamıza daxil olan məlumatla yanaşı,rəsmi facebook səhifəsində də açıqlanan məlumatlara əsasən qiyməti və satışa çıxacağı tarix hələ dəqiq olmasa da bu barədə suallarımıza cavabın çox gec gəlməyəcəyini deyə bilərik. iPhone 7 satışa çıxarıldığı zaman AlmaStore.az saytından və Alma Store fiziki mağazalarından rəsmi olaraq satın ala bilərsiniz.

    Bu haqqda ətraflı məlumat aldığımızda TechNote.az-da yerləşdiriləcəkdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər