main-post-cover

    Facebook\'a instagram gəldi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Son günlər internet aləmi İnstagram'ın dizayn dəyişikliyindən danışır. Amma əsas yeniliklərdən biri də İnstagram'ın Facebook'a inteqrasiya olunmasıdır.

    İnstagram rebrendinq etdikdən sonra ağ qara material dizayna sahib oldu. Bildirimlər isə qırmızı rəngdə təqdim olunur. Amma bunu bir çox istifadəçi bəyənmədi. Buna səbəb isə logonun rəngli, interfeysin rəngsiz olması arasındakı əlaqə idi. Amma uzun müddətdir Facebook şirkətinin proqramlarının Facebook tətbiqinə inteqrasiya olunması gündəmdə idi. İnstagram, Whatsapp kimi proqramların Facebook'la birlikdə işləyəcəyi daha əvvə açıqlanmışdı. Bu gündən etibarən İnstagram tətbiqi Facebook tətbiqi ilə birbaşa bağlanır. Belə ki, Facebook tətbiqində sağ üstdəki menyunu açdıqda qarşımıza İnstagram bölməsi və orada olan dostlarımızın sayı çıxır.
     
    İnstagram bölməsinə sıxdıqda isə İnstagram tətbiqi açılır və beləliklə, İnstagramdan daha rahat istifadə edə bilirsiniz.
     
    Qeyd edək ki, bu yenilik beta istifadəçiləri üçün əvvəl aktiv idi. Amma bu gündən bütün istifadəçilər üçün rəsmi olaraq təqdim olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər