main-post-cover

    Son Dəqiqə: Microsoft, LinkedIn platformasını 26.2 milyard dollara aldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Microsoft şirkəti LinkedIn sosial şəbəkəsini 26.2 milyard dollar qarşılığında aldı.

    Şirkətdən deyilib ki, LinkedIn həmişəki kimi fəaliyyətini davam etdirəcək cə Jeff Weiner LinkedIn-in CEO-su olmağa davam edəcək. Microsoft şirkəti indiyə qədər bir çox biznesə investisiya qoyub, amma bu dəfəki əməliyyatları onların ən böyük əməliyyatları oldu. İki şirkət arasında sazişin bu ilin sonuna qədər tamamlanması gözlənilir. Bu addım Microsoft üçün uğurlu addım sayıla bilər, çünki LinkedIn şəbəkəsi böyük biznes şəbəkəsinə malikdir və burada fəaliyyət Microsoft məhsulları baxımından çox önəmlidir. 

    Dünyanın ən böyük professional şəbəkəsi olan LinkedIn-in hissələri keçən il 269 dollardan satılırdı. Amma bu il onların dəyəri 100 dollara qədər düşmüşdü. Microsoft-la olan sazişə görə isə hissələr 196 dollardan dəyərləndirilib. Digər rəsmi rəqəmlər isə belədir:
    • LinkedIn-in istifadəçi sayı: 433 milyon, illik böyümə: 19%
    • Aylıq aktiv istifadəçi sayı: 105 milyon, illik böyümə:  9%
    • Mobil istifadə: 60%, illik böyümə: 49%
    • Rüblərə görə 45 milyarddan çox səhifə görüntülənib, illik böyümə: 34%
    • Aktiv iş elanı: 7 milyondan çox, illik böyümə: 101%

    LinkedIn CEO Jeff Weiner bu sazişlə bağlı bu ifadələrə yer verib:

    "Biz dünyanı dəyişdiyimiz kimi, hazırda Microsoft, onun xidmətləri və bizim əlaqələrimizlə dünyanı daha çox dəyişmək üçün böyük şans yaranıb. 13 ildən çoxdur ki, biz professional fəaliyyətimizdə işçi və işverənlər arasında möhkəm əlaqələr qurulmasına nail olduq, onların daha məhsuldar və uğurlu olmasına çalışdıq. Mən əminəm ki, bizim komandamız bu missiyasını gələcəkdə də davam etdirməyə nail olacaq. Microsoft servislərinin LinkedIn-ə inteqrasiyası sosial şəbəkə və onlinə alətlər baxımından çox maraqlı olacaq".

    Mənbə: Techcruch, Webrazzi, Microsoft Blog
    Linki kopyala