
Son illərin 10 inanılmaz texnologiyası
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bəzən bizə elə gəlirki insanlıq son onillik ərzində sadəcə olaraq yerində
dayanıb və onlar yeni smartfonlardan başqa heçnə yarada bilmirlər. Təbii ki, bu
belə deyil. Hətda mütəxəssisi belə təəccübləndirəcək real texnologiyalar
mövcuddur. Həmin texnologiyalardan bəziləri müharibə üçün bəziləri isə sülh
üçün nəzərdə tutulub. Hər-halda onlar insan sivilizasiyasının inkişafına səbəb
olurlar.

Bell Boeing V-22 Osprey. Bu konvertoplan həm təyyarə həmdə
vertolyot funksiyasını özündə birləşdirir. İlk uçuşunu o hələ 1989-cu ildə
etmişdi. Pərlərin hansı istiqamətdə hərəkət edlməsindən asılı olaraq o
vertolyot kimi havaya qalxa və enə bilər. Uçuş zamanı isə o təyyarə rejiminə
keçərək 565 km/saat sürətlə hərəkət edə bilər.

Bionik protezlər süni bədən hissələri texnologiyasının təbii
inkişafıdır. 21-ci əsrdə protezlər əsasən yüksək keyfiyyətli polimerdən və
titan ərintisindən hazırlanır. Lakin son texnologiyaların köməyi ilə həmin
protezləri beynin köməyi ilə idarə etmək mümkündür. Bu necə baş verir? Bionik
protez əzələ toxumalarından yayılan siqnalları tutur və onlara reaksiya verir.


Elektromaqnit relsotron. Bu texnologiya keçən ilin fevral
ayında Science and Technology Expo sərgisində təqdim olunmuşdu. O səs sürətindən
7 dəfə çox sürətlə atəş açaraq 177 km uzaqlıqda yerləşən hədəfi məhv edə bilir.
Təqdim olunmuş bu texnologiya hələki prototipdir. Lakin onun əsasında silahın
hazırlanması 2028-ci il üçün nəzərdə tutulub.

LaWS. Lazer silahı olan bu texnologiya vasitəsilə düşmənlərin
görmə qabiliyyətlərini tamamilə məhv etməklə yanaşı həmdə qayıqları suyun dibinə
göndərmək mümkündür. Bu silahın prototip versiyası 2014-cü ilin avqust ayında
ABŞ-ın USS Ponce hərbi gəmisinə quraşdırılaraq ilk təcrübələrdən uğurla
keçmişdir

İon mühərriklər. Yeni hesab olunmasa belə bu texnologiya
artıq reallığa çevrilən fantastik ixtiradır. İon mühərriklərin ilk işlək
prototipləri hələ 1959-cu ildə NASA-nın Deep Space 1 və Dawn adlı kosmik aparatlarına
quraşdırılmışdır. O vaxtdan bəri sözügedən texnologiya yenilənir.

Bionik gözlər. Bu texnologiya bionik protez texnologiyası ilə
eyni sırada dayanır. Keçən il Britaniyada görmə qabilyyətini itirmiş 80 yaşlı
kişiyə dünyada ilk dəfə bionik tor qişası implantasiyası keçirilmişdir. Yeni tor
qişası və xüsusi eynəklərin köməyi ilə o artıq insanların və əşyaların
konturlarını görə bilir.

Avtomatik özü yönləndirmə sistemli güllələr. Bu ixtira bir tərəfdən
qorxunc səslənir. Bu cür texnologiyanı biz daha əvvəllər yalnız filmlərdə və
komputer oyunlarında görmüşdük. Lakin bu artıq reallığa çevrilir. ABŞ şirkəti
DARPA-ın istehsalı olan 50 kalibrli EXACTO adlı prototip güllə müasir yönləndirmə
sisteminin köməyi ilə 2 km uzaqlıqdakı hədəfi məhv edə bilir.


BETR (Beynəlxalq Ekspermental Termonüvə Reaktoru). BETR üzərində
işlər hələ 1988-ci ildən aparılır. Bu layihədə Avropa Birliyi ölkələri,
Hindistan, Çin, Rusiya, ABŞ, Yaponiya, Koreya, Qazaxstan iştirak edirlər. İlk
öncə işlərin artıq 2016-cı ildə bitəcəyi güman olunurdu. Lakin bu tarix 2025-ci
ilə kimi uzadıldı. Hər-halda termonüvə enerjisinə görə bu qədər müddət gözləməyə
dəyər.
Linki kopyala
Həftənin xəbərləri

