

Bionik protezlər süni bədən hissələri texnologiyasının təbii inkişafıdır. 21-ci əsrdə protezlər əsasən yüksək keyfiyyətli polimerdən və titan ərintisindən hazırlanır. Lakin son texnologiyaların köməyi ilə həmin protezləri beynin köməyi ilə idarə etmək mümkündür. Bu necə baş verir? Bionik protez əzələ toxumalarından yayılan siqnalları tutur və onlara reaksiya verir.
1980-ci illərin texnologiyaları
Gözəgörünməz material. Dallas NanoTech şirkətindən olan bu
material karbon tərkibli nanoborulardan ibarətdir. Beləliklə onlar materiala
gözəgörünməz effekti verir. Material tez və çox qızdığından hələki bu
texnologiya hərbi sahədə istifadə üçün yetərincə yenilənməyib. Lakin
effektivliyinə görə o əvəzolunmazdır.
Elektromaqnit relsotron. Bu texnologiya keçən ilin fevral ayında Science and Technology Expo sərgisində təqdim olunmuşdu. O səs sürətindən 7 dəfə çox sürətlə atəş açaraq 177 km uzaqlıqda yerləşən hədəfi məhv edə bilir. Təqdim olunmuş bu texnologiya hələki prototipdir. Lakin onun əsasında silahın hazırlanması 2028-ci il üçün nəzərdə tutulub.
LaWS. Lazer silahı olan bu texnologiya vasitəsilə düşmənlərin
görmə qabiliyyətlərini tamamilə məhv etməklə yanaşı həmdə qayıqları suyun dibinə
göndərmək mümkündür. Bu silahın prototip versiyası 2014-cü ilin avqust ayında
ABŞ-ın USS Ponce hərbi gəmisinə quraşdırılaraq ilk təcrübələrdən uğurla
keçmişdir
İon mühərriklər. Yeni hesab olunmasa belə bu texnologiya artıq reallığa çevrilən fantastik ixtiradır. İon mühərriklərin ilk işlək prototipləri hələ 1959-cu ildə NASA-nın Deep Space 1 və Dawn adlı kosmik aparatlarına quraşdırılmışdır. O vaxtdan bəri sözügedən texnologiya yenilənir.
Bionik gözlər. Bu texnologiya bionik protez texnologiyası ilə eyni sırada dayanır. Keçən il Britaniyada görmə qabilyyətini itirmiş 80 yaşlı kişiyə dünyada ilk dəfə bionik tor qişası implantasiyası keçirilmişdir. Yeni tor qişası və xüsusi eynəklərin köməyi ilə o artıq insanların və əşyaların konturlarını görə bilir.
Avtomatik özü yönləndirmə sistemli güllələr. Bu ixtira bir tərəfdən qorxunc səslənir. Bu cür texnologiyanı biz daha əvvəllər yalnız filmlərdə və komputer oyunlarında görmüşdük. Lakin bu artıq reallığa çevrilir. ABŞ şirkəti DARPA-ın istehsalı olan 50 kalibrli EXACTO adlı prototip güllə müasir yönləndirmə sisteminin köməyi ilə 2 km uzaqlıqdakı hədəfi məhv edə bilir.
Süni orqanlar. Laboratoriya şəraitində yaradılmış orqanlar
insanlar üçün uzun illər ərzində qeyri-mümkün arzu kimi görünürdü. Hal-hazırda
isə alimlər sütun hüceyrələrin köməyi ilə süni insan orqanları yarada bilirlər.
Təbii ki, bu texnologiya təcrübə mərhələsindədir və insanlar üçün hələki
yaramır. Lakin bu işin üzərində inkişaf hiss olunur.
BETR (Beynəlxalq Ekspermental Termonüvə Reaktoru). BETR üzərində işlər hələ 1988-ci ildən aparılır. Bu layihədə Avropa Birliyi ölkələri, Hindistan, Çin, Rusiya, ABŞ, Yaponiya, Koreya, Qazaxstan iştirak edirlər. İlk öncə işlərin artıq 2016-cı ildə bitəcəyi güman olunurdu. Lakin bu tarix 2025-ci ilə kimi uzadıldı. Hər-halda termonüvə enerjisinə görə bu qədər müddət gözləməyə dəyər.