Sonu qorxunc bitən psixoloji təcrübələr

Sonu qorxunc bitən psixoloji təcrübələr

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Aparılan psixoloji testlərin müsbət və mənfi tərəfləri hər zaman diqqət çəkməyi bacarıb. Bu testlərin bəziləri nəyisə araşdırmaq məqsədilə edilsə də, sonda ürək açmayan nəticələrə yol açıb. Bu yazıda sizləri son dərəcə mənfi nəticələnən eksprementlərlə tanış edəcəyik.



1. Stanford həbsxanası təcrübəsi


1971-ci ildə, sosial psixoloji mütəxəssis olan Filip Zimbardo (Philip Zimbardo) saxta bir həbsxanada insanların sosial rollarına necə alışmasını test edib. Bunun üçün bir qrup universitet tələbəsini 2 həftə üçün planlanmış saxta həsxanada yerləşdirib. Təcrübə iştirakçılarının bir qrupuna məhkum, bir qrupuna isə həsxana gözətçisi rolu verilib. Nəticələr isə tam bir fəlakət olub. Adi tələbələrin bir qrupu qəddar, sadist bir gözətçiyə, digər qrup isə getdikcə daha qorxaq olan məhkuma çevriliblər. Təcrübənin gedərək daha gerçək forma alması eksprementin yarıda saxlanmasına səbəb oldu.


2. The Monster Study


1939-cu ildə başladılan bu təcrübədə 22 kimsəsiz uşaq istifadə olunub. Bunlardan 10 nəfəri daha əvvəldən danışma qüsurlu və kəkələyən olaraq seçilib. Uşaqlar bərabər sayda 2 qrupa ayrılıblar. Bir qrupda olan terapevt uşaqların inkişaf etmiş danışıq xüsusiyyətlərinə görə onları tərifləyər, pozitiv sözlər deyərdi. Digər qrupdakı terapevt isə əksinə ən cüzi bir səhvdə onları cəzalandırardı. Təcrübə nəticəsində ikinci qrup çox ciddi psixoloji travma aldı. Hətta bu uşaqlar arasında normal danışan uşaqlarda da bu təcrübədən sonra danışıq qüsurları yaranmışdı. Bu uşaqlardan 6 nəfəri səbəb olunan travmaya görə 2007-ci ildə 925.000$ təzminat aldılar.


3. Fillər üzərində aparılan LSD təcrübəsi


1962-ci ildə Oklahoma City-də yerləşən Linkoln zooparkının direktoru Varren Tomas (Warren Thomas), Tusko adlı bir filə LSD adlı dərmanın normadan 3000 qatını inyeksiya edib. LSD ən təsirli keyidicilərdən biridir. Normalda insana 25 mq-dan artıq verilə bilməz. Bu təcrübənin məqsədi dəlilik deyə adlandırılan "musth” təsirini ölçmək olub. Aşırı dozada istifadə olunan dərman sonda filin titrəyərək ölməsinə səbəb olub.


4.Milgram Təcrübəsi


Stanley Milgram 1963-cı ildə alman xalqının soyqırıma qatılması və izin vermələrində, özəl bir şeylər olduğunu açıqlamaq məqsədilə bu təcrübəni keçirib. Təcrübəçilərə çalışmağın insanın öyrənməyinə necə təsir etdiyini ortaya çıxarmaq məqsədilə edildiyi bildirilib. Təcrübəçilərə görə bilmədikləri otaqda birinin olduğunu və həmin şəxsə sual veriləcəyini, düzgün cavab verilmədikdə isə elektrik şoku veriləcəyi bildirildi. Elektrik şokunu isə təcrübəçilər verəcəkdi. Digər otaqdakı insan isə aktyor idi və roluna uyğun təcrübəçilər elektrik şokunu verdikdə acı çəkirmiş kimi bağırırdı. Təbii ki, təcrübəçilər bilməsə də elektrik şoku da real deyildi. Amma buna baxmayaraq, iştirakçılar qarşı tərəfin bağırtılarını eşitsələr belə, işlərinə davam edirdilər. Ya bu insanlarda normal psixologiya yox idi, ya da hər insanın içində biraz pislik var...


5. Çarəsizlik qəfəsi


Psixoloq Harri Harlou (Harry Harlow) sevgi anlayışına çox diqqət yetirirmiş(xəstəlik dərəcəsində). Amma bu psixoloji hal onun ruhi pozğunluğuna yol açıb. Sonda təcrübədə istifadə olunan meymunlar özlərini öldürmək üçün yemək yeməyiblər. Psixoloqa qarşı ciddi etirazlara cavab olaraq "meymunlar necə sevə bilərki?” sualı ilə öz münasibətini bildirib.

 

6. Üçüncü dalğa


Psixoloq Milgram 1967-ci ildə apardığı bu təcrübədə hətta demokratiyanın olduğu ölkədə belə faşizmə meyllilik olduğunu ortaya çıxarmaq istəyib. Bunun üçün məktəbdən bir qrup şagird seçilib və onların prestijli bir qrupa aid olması haqda fikir formalaşdırılıb. Buna özlərini inandıran şagirdlərin öyrənmə motivasiyası artmış və öz çevrələrində olmayan şagirdlərə qarşı aqressiv davranış nümayiş etdirmişlər. Hadisənin pis tərəfi isə şagirdlərin məktəbdən kənarda da belə davranışı davam etdirməsi olub. Vəziyyətin getdikcə idarə olunmaz olduğu nəzərə alınıb və 4 gün sonra sona çatdırılıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×