main-post-cover

    Sony 2 yeni model üzərində işləyir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sony firması Mobil Dünya Kongresi’ndə təqdim etdiyi X seriyası ağıllı telefonları hələki istifadəçilərə təqdim etmədən, bu dəfə giriş və orta seqmenti hədəfləyən 2 model üzərində işləyir.

    Bu telefonlardan biri kamera xüsusiyyətləri baxımından Xperia C seriyasının davam modeli kimi görünür, amma telefonun ekran detalları tam bu nöqtədə başqa bir şeydən xəbər verir. Digər telefon isə texniki xüsusiyyətləri ilə giriş səviyyəsində kompakt model olacaq.
     
    GFXBench bazasında ortaya çıxan modellərdən ilki Sony F3216 model nömrəsinə sahibdir. Telefonda;
    -4.6 inç böyüklükdə Full HD ekran
    -1.9 GHz sürətində işləyən 8 nüvəli MediaTek Helio P10 prosessor, ARM Mali-T860 GPU
    -2 GB RAM
    -16 GB daxili yaddaş
    -21 MP arka kamera, 16 MP ön kamera
    -Android 6.0.1 Marshmallow əməliyyat sistemi olacaq.
     
    Sony’dən giriş səviyyəsi kompakt akıllı telefon isə Sony F3311 model nömrəsinə sahib olacaq. Xüsusiyyətləri isə;
    -4.6 inç böyüklüyündə HD ekran
    -1.3 GHz sürətində 4 nüvəli MediaTek MT6735 prosessor, ARM Mali-T720 GPU
    -1.5 GB RAM
    -16 GB daxili yaddaş
    -13 MP arka kamera, 5 MP ön kamera
    -Android 6.0.1 Marshmallow əməliyyat sistemi olacaq.
     
    Sony'nin yeni modellərinin isə nə vaxt təqdim olunacağı hələlik bilinmir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər