Sony bu dəfə bazardan çəkilməyi düşünür!

Sony bu dəfə bazardan çəkilməyi düşünür!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Sony’nin mobil dünyasından çəkiləcəyinə dair xəbərlər uzun müddətdir ki, gündəmdədir. Bu iddialar zaman zaman Sony rəhbərliyi tərəfindən inkar olunsa da, şirkətin 1 nömrəsindən gələn açıqlama Sony’nin bazardan çəkilməsini ciddi düşündüyünü göstərir.

Yapon istehsalçı cihazlardan gözlənilən gəliri heç cür əldə edə bilmir. Son olaraq Sony’nin sadəcə mobil bölümdə 310 milyon dollar zərərə uğrayacağını açıqlamış, amma bu rəqəm 480 milyon dollar səviyyəsinə çatmışdı. Sony’nin mobil məhsullarda zərər etməsi şirkətin bu məsələdə ciddi addımlar atacağını göstərir.


Sony CEO’su Kazuo Hirai gəlir-zərər durumunun qarşımızdakı illərdə də dəyişməməsi halında alternativ seçimlərə keçəcəyini açıqladı. Hirai alternativ seçimlərin nə olduğunu tam olaraq açıqlamadı, amma mobil bazardan çəkilmə bu variantlar arasında yer alır. Sony həmçinin başqa bir firma ilə ortaqlıq yolunu da yoxlaya bilər. Firmanın daha öncə mobil bazarda Ericsson ilə uzun illər ortaqlıq etdiyi hamıya məlumdur.

Sony Amerika və Çin\'də demək olar ki, yoxdu

Əldə edilən satışlar və bəzi ölkələrin bazar paylarına göz gəzdirdikdə Sony’nin mobil bazardakı vəziyyəti daha çox görünür. Sony markalı ağıllı telefonlar Amerika’da 1%’lik bir istifadə nüfuzuna sahibdir. Firmanın ölkədəki operatorlarla işbirliyi etməməsi də bu rəqəmin formalaşmasında ən böyük amillərdəndir. Çünki Amerikada şatışları artırmaq üçün operatorlarla saziş bağlamalısınız. 

Son bir neçə ildir mobil bazarda ölüm-qalım savaşı verən Sony vətəni Yaponiyada 17.5%’lik bazar payına sahibdir. Mobil dünyadakı ən böyük bazar olan Çində isə Sony heç cür varlıq göstərmir.

Sony keçən ay tanıtdığı Xperia Z5 ailəsilə birlikdə mobil sektorda bir az hərəkətlilik yaratdı, amma bu hərəkətliliyin satışlara necə təsir edəcəyi isə hələlik sual altındadır. 

2016-cı ildə xüsusilə dizayn sahəsində ediləcək radikal dəyişimlər və dünya üzərindəki önəmli operatorla bağlanacaq sazişlər Sony’nin əldə edəcəyi satışlara ciddi təsir edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google gələn həftə süni zəka vasitəsilə axtarış mövzusuna həsr edilmiş xüsusi tə..

Google gələn həftə xüsusi tədbir keçirdəcək və həmin tədbir çərçivəsində axtarış və süni zəka texnol..


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemlərinin reytinqi tərtib edilib..

Consumer Reports adlı qeyri-kommersiya təşkilatı avtopilot sistemlərinin yenilənmiş təhlükəsizlik re..


Meta-nın ilk smart saatının fotoları təqdim edilib

Hələ 2021-ci ildə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti öz ilk smart saatı üzərində çalışır...


Naqilsiz Nothing Ear (2) qulaqlıqlarının fotoları təqdim edilib

Hələ dünən məlum oldu ki, Nothing şirkəti artıq Nothing Phone (2) smartfonu üzərində çalışır və o bu..


Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib...


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..

×