Sony: Əgər bizdən əvvəl Android 7.1.1-i təqdim edən olsa, çürük pomidorlarınızı hazırlayın!

08.05.2017 0 PAYLAŞIM 5728 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Android Nougat yenilənməsi üçün tez hərəkətə keçən "Sony ", indi də 7.1.1 versiyasını istifadəçilərə təqdim edən ilk istehsalçılardan olmaq istəyir.

Keçdiyimiz vaxtlarda digər istehsalçılardan tez hərəkətə keçən və X Performance ilə Xperia XZ modelərinə Android Nougat yenilənməsini gətirən "Sony ", istifadəçilərinin rəğbətini qazanmışdı.
Gələn məlumatlara görə hazırda sadəcə General Mobile GM 4G modelində aktiv olan Android 7.1.1 üçün işə başlayan şirkət, bu yenilənməni "Google " telefonları xaricində təqdim edən ilk kənar istehsalçı olmaq istəyir.

Sony developer komandasının əsas fokusu 7.1.1-dədir!

"Sony "nin Xperia Concept developer komandasının açıqladığı məlumatlara görə 7.1.1 yenilənməsi, hazırda təcili  olaraq reallaşdırmalı olduqları əsas məsələdir. Olduqca iddialı bir açıqlama edən komanda "Əgər bizdən əvvəl bunu təqdim edən başqa bir marka olsa, çürük pomidorlarınızı hazırlayın. " sözlərinə yer verdi.
Güc menyusuna restart seçimi və şəkilli klaviatura dəstəyi kimi bir çox yeni xüsusiyyəti toplayan Android 7.1.1 versiyası, görünüşə görə Sony istifadəçiləri tərəfindən tezliklə sınaqdan keçirilə biləcək.