

Gələn xəbərlərə görə Sony OLED ekranlı yeni flaqman telefonunu limitli sayda istehsal edəcək.
Sony MWC 2017-də ağıllı telefon bazarında nə qədər iddialı olduğunu Xperia XZ Premium ilə göstərdi. Əfsanə cihazın bəlkə də bütün flaqmanları arasındakı tək əksiyi 4K keyfiyyətində bir ekrana sahib olmasına baxmayaraq OLED ekran texnologiyasınıdan istifadə etməməsi idi.
MWC-nin bu il çıxan ən yaxşı telefon olaraq seçdiyi Xperia XZ Premium-un xələfi olması gözlənilən bir cihaz üstündə işləyən firma, bütün sektorun göz bəbəyi olan uzaq şərq bazarındakı çətin rəqabətə daha iddialı bir şəkildə daxil olmaq istəyir. Beləki mükafatlı və inqilabi bir cihaz istehsal etmək bazarlarda üstünlük təmin etmək üçün kifayət etmir.
Rəqiblərinin OLED ekran texnologiyasını istifadə etməsi ilə yanaşı böyük ehtimalla 2018-ci ildə gələcək yeni flaqmanı ilə Sony də bu texnologiyaya keçid edəcək. Deyilənlərə görə firma yeni cihazı çox gözlətmədən limitli sayda çıxararaq sürət qazanmağı planlaşdırır. Xüsusilə Çin və Yaponiyada Asiya markalarıyla ciddi bir rəqabət içində olması bu vəziyyətin Sony üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Digər texniki xüsusiyyətləridə təmin edə bilən ancaq çox vaxtı olmayan firmanın məhdud sayda istehsal edəcək olduğu OLED cihazı, özləri üçün Asiya bazarlarında bir varlıq-yoxluq vəziyyətinə çevrilmək üzrədir.
Şərh yoxdur