main-post-cover

    "Sony" şirkəti, MWC 2017-də 4 ədəd yeni Xperia modelini təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Sony” şirkəti hal-hazırda keçirilən MWC 2017 sərgisində 4 ədəd yeni Xperia modelini təqdim edib.

    Onlar Xperia XZ Premium, XZs, XA1XA1 Ultra smartfonlarıdır. Əgər yadınızdadırsa "Qualcomm” şirkəti, Galaxy S8-dən öncə öz Snapdragon 835 prosessorunu heç bir digər smartfon istehsalçısına verməyəcəkdi. Lakin görünür şirkət öz sözündən dönüb. Belə ki, Xperia XZ Premium məhz Snapdragon 835 prosessorunu özündə birləşdirir. Beləliklə Xperia XZ Premium, Snapdragon 835 prosssoruna sahib dünyanın ilk smartfonudur. Smartfon tamamilə şüşə ilə örtülmüş vəziyyətdədr. Şirkət bunu Glass Loop Surface adlandırır. Smartfonun barmaq izi skanı özəlliyi, yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Həmçinin Xperia XZ Premium yüksək keyfiyyətli arxa kameraya da sahibdir. Belə ki, o, saniyədə 960 kadrla birlikdə slow-mo videoların çəkilməsini təmin edir.
    Triluminos adlı ekran, Xperia Z5-dən fərqli olaraq 40% daha çox rəng parlaqlığını təmin edir. Bundan əlavə olaraq smartfon həmdə HDR texnologiyasını da dəstəkləyir. Korpus isə IP68 standartına uyğun olaraq sudan və tozdan qorunur. Texniki göstəricilərinə gəldikdə isə o, 5.5 inç 4K və HDR keyfiyyətli Truliminos ekran, Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 3230 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma texnologiyası ilə), 20 MP-lik arxa və 13 MP-lik ön kamera ilə təchiz olunub. Xperia XZ Premium, Android 7.0 əməliyyat sistemi ilə çalışır. Smartfon yaz fəslinin sonunda satışa çıxacaq. Onun qiyməti isə hələki məlum deyil.
    Motion Eye kamera özəlliyinə sahib Xperia XZs, 5.2 inç 2K keyfiyyətli ekran, Snapdragon 820 prosessoru, 4 GB RAM, 32/64 GB daxili yaddaş, 2900 mAh enerji tutumlu batareya 4K video çəkiliş özəllikli 19 MP-lik arxa kamera və 13 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Xperia XZs, 5 Aprel tarixində 700$ qiymətində satışa çıxacaq.
    Öz qeyri-adi selfie kamerası ilə seçilən Xperia XA1 Ultra, ənənəvi Ultra seriyasını davam etdirir. Ön kameranın öz işıqlandırma sisteminə sahib olması, pis işıqlandırılmış mühitdə fotoların keyfiyyətli alınmasına şərait yaradır. Beləliklə Xperia XA1 Ultra, 6 inç Full HD ekran (2.5D qoruyucu şüşəli), 8 nüvəli MediaTek Helio P20prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 2700 mAh enerji tutumlu batareya (Pump Express+ 20 sürətli enerji yığma texnologiyası ilə birlikdə), 23 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunub. Xperia XA1 Ultra, yaz fəslində satışa çıxacaq. Onun qiyməti isə hələki məlum deyil.
    Sərgidə təqdim olunmuş smartfonlardan ən yığcamı olan Xperia XA1, 5 inç HD ekran, MediaTek Helio P20 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 2300 mAh enerji tutumlu batareya, 23 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Bu smartfon da digərləri kimi Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Xperia XA1-in təqribi çıxış tarixi, yaz fəslidir. Onun da qiyməti hələki bilinmir.

    Linki kopyala