Sony The Last Guardian-ı təqdim etdi
Digər
Oyun və Film
07.05.2017
Farid Pardashunas
Gen Design studiyası Sonynin press-konfransı zamanı hamının çoxdan gözlədiyi The Last Guardian oyununun ilk gameplay videosunu təqdim edib. The Last Guardianın əslində uzun bir tarixçəsi var. Oyun 2007-cil ildən hazırlanır. İlk rəsmi anons isə 2009-cu ildə olmuşdur. O vaxt oyunu Fumito Uedanın başçılığı altında Team İco studiyası PS3 üçün hazırlayırdı. Sonradan oyun 2011-ci ilə, 2011-ci ildə isə 2012-ci ilə təxirə salındı. Fumitonun isə studiyadan getməsi işi daha da qəlizləşdirmişdi. Həmin vaxtdan bəri oyun haqqında heç bir məlumat yox idi. Bir çoxları düşünürdü ki, Sony oyunu tamamilə ləğv edib. Lakin bu şaiyələr Sony tərəfindən rədd edilirdi. 2014-cü ilin sonunda studiya bildirdi ki, oyun ləğv olunmayıb və PS4 üçün hazırlanır. E3 2015 sərgisi çərçivəsində Gen Design oyunun gameplay videosunu göstərməklə yanaşı çıxış tarixini də elan edib. The Last Guardian 2016-cı ildə satışa çıxacaq. Oyunun iki baş qəhrəmanı var. Onlardan biri adı bilinməyən balaca oğlan uşağı, digəri isə Trico adlı griffona bənzər canlıdır. Studiya oyunda maraqlı süjet xətdi ilə yanaşı açıq finalın da olacağını bildirib. Yəni oyunçular özləri başa düşməlidirlərki oyunun sonunda uşaq ilə Triconun aqibəti necə olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ