
Sony Xperia XR smartfonunun ilk render fotoları sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Technote.az-ın "OnLeaks” mənbəsinə istinadən verdiyi xəbərə əsasən Sony şirkətinin Xperia XR adlı yeni flaqman smartfonunun ilk render fotoları internetə sızdırılıb.
Çox güman ki, yeni cihaz bir ay sonra Berlində baş tutacaq
IFA 2016 tədbirində təqdim olunacaq. Sızdırılmış fotolarda görmək olar ki,
smartfonun yanmasönmə düyməsi barmaq izi skanına sahibdir. Bundan əlavə olaraq
smartfonda foto çəkmək üçün əlavə düymə olacaq. Cihaz 23 MP-lik arxa və 14
MP-lik ön kameraya sahib olacaq. Məlumata əsasən hər iki kamera 4K keyfiyyətli video çəkməyə qadir olacaq. Bunlardan əlavə olaraq Xperia XR 5.1
inç Full HD ekran, Snapdragon 820 prosessoru, 3 GB RAM və USB Type-C girişi ilə
təchiz olunacaq.



Linki kopyala
Həftənin xəbərləri

