Sony, yeni joystiki NACON Revolution 'ı təqdim etdi

08.05.2017 0 PAYLAŞIM 5265 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Razer ilə razılaşıb Raiju adlı PS4 joystikini çıxardıqdan sonra aldığı geri dönüşlərdən böyük nisbətdə məmnun qalan Sony, xüsusilə eSpor oyunçularına aid olan yeni joystik NACON Revolution 'ı gözəl bir video ilə təqdim etdi.

Hələlik yalnız Avropalı oyunçuların faydalana biləcəyi NACON Revolution, Sony-nin izahatına görə texnoloji olaraq daha inkişaf etmiş bir idarəetmə cihazıdır və həmyaşıdları arasında da möhkəm bir yerə sahibdir. Dediyimiz kimi, ana mərkəzi eSpor olan bu joystikin əsl məqsədi rəqabətli oyunlarda asanlıq və daha professional bir tutuş təmin etməkdir.

Sony-nin başqa firmalarla razılaşaraq bu cür idarəetmə cihazları ilə oyunçuların qarşısına çıxması həqiqətən təqdir ediləsi və radikal bir addımdır. Önümüzdəki aylarda həm idarəetmə cihazı, həm də başqa aparatlar baxımından Sony-nin bu cür işlərə davam edəcəyini düşünürük.
NACON Revolution Pro üçün təqdim olunan video fraqmanı aşağıdan izləyə bilərsiniz.

Müəllif: Polad Tağıoğlu