
"Sony" yeni modeli, Sony Zeus-u təqdim edəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Qırğız dizayner Steel Drake (Stil Dreyk), cəlbedici
telefonlar konseptinə bir yenisini daha əlavə edib. Bu yeni model Sony
Zeus-dur. Qırğızıstanın məşhur dizaynerlərindən olan Steel, hazırladığı
qeyri-adi modellərlə çoxlu sayda insanın diqqətini öz üzərinə cəlb etməyi
bacarıb. Daha əvvəllər iPhone 8 və Galaxy S8 modellərinin, həmçinin avtomobillə
bağlı etdiyi çalışmalarda uğur qazanan dizayner bu dəfə yeni model Sony Zeus-un
görüntüsünü paylaşıb. Sony-nin yeni modelinin hər iki tərəfi qövslü olaraq dizayn
olunub və Drake cihazın ön qisminə bütünlüklə ekranı əhatə edəcək şəkildə forma
verib. 134,9×69,5×7,9 mm ölçüyə və cüt arxa kameraya sahib olan telefon çox diqqət çəkici görünür.



Linki kopyala
Həftənin xəbərləri

