

Keçən günlərdə DigiTimes tərəfindən yayımlanan hesabatlarda Sony’nin öz mobil prosessorunu yaratmaq üçün hərəkətə keçdiyi iddia olunmuşdu. Həmin hesabatda LG’nin öz prosessoru Nuclun 2’yi 2016’da bazara təqdim edəcəyi barədə də məlumatlara rast gəlmək olar.
Bu barədə çıxış edən Sony CEO\'su Kazuo Hirai ağıllı telefon bazarından çıxmayacaqlarını bir daha vurğulayaraq, öz prosessorları barədə də iddialara açıqlıq gətirdi. O qeyd etdi ki, Sony mobil çipset yaratmaq üçün hələ ki, heç bir plan və layihə hazırlamayıb.
Telefon kateqoriyasındakı əməliyyatlarını isə hələki gəlirə çevirə bilməyən Sony 20 il sonra Tayvan’da ağıllı telefon fabriki açaraq istehsal xərcləri baxımından önəmli addım atdı. Sony həmçinin gələn il bölgədə daha çox məhsul profilinə də sahib olmağı hədəfləyir.
Şərh yoxdur