main-post-cover

    Sosial media hesablarında yersiz rəylərdən can qurtarmaq üçün yeni proqram

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Artıq sosial medianın sıxıcı tərəflərindən olan reklam və lazımsız rəylərin qarşısını almaq mümkün olacaq. "Yoghurt Network" tərəfindən təqdim olunan "Comment Cleaners" adlı xidmət, artıq sizin sosial media hesablarınıza edilən yersiz rəy və reklam təkliflərinə məhdudiyyət qoyacaq. 
    Əsasən böyük kütləyə malik brend səhifələrin və şəxsi profillərin bu yeniliyə daha çox sevinəcəyi gözləniləndi. "Comment Cleaners" vasitəsilə mənfi rəylər, söyüş xarakterli bildirimlər və mənasız reklam təkliflərinin qarşısı alınmış olacaq. 
    Xüsusilə SMM ilə məşğul olan şəxslər bu yeniliklə səhifələri daha effektiv istifadə edə biləcəklər. Böyük ehtimalla müəyyən məbləğ qarşılığında Facebook və Instagram sosial hesablarının bundan istifadə etməsi gözlənilir. Comment Cleaners haqda daha ətraflı məlumatı bu keçid vasitəsilə ala bilərsiniz.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər