main-post-cover

    SpaceX, növbəti dəfə Falcon 9-u yerə sağ-salamat endirməyi bacardı. (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Raketləri yer üzünə qaytarmaq üzərində çalışan Spaca X, düz 3-cü dəfə Falcon 9 raketini yerə endirməyi bacarıb.

    Texnologiyanın inkişafı həyatı, kosmosda və başqa qalaktikalarda axtarmağa insanları vadar edir. Elm və texnologiyanın inkişafı artıq elə bir həddə çatıb ki, artıq kosmosla təkcə dövlət orqanları yox, xüsusi özəl şirkətlər də maraqlanır. Belə şirkətlərdən biri də, Elon Musk tərəfindən idarə olunan, SpaceX-dir. Yenidən istifadə oluna bilən raketlər layihəsi üzərində apardıqları sınaqların növbəti dəfə uğurlu nəticəsini əldə edən SpaceX, 3-cü dəfə Falcon 9 raketini yerə endirməyi bacarıblar. 

    Kosmik aparatların yer üzərindən xaricə çıxarılmasında istifadə olunan roketlərin boşa getməməsi üçün bu layihəni həyata keçirən SpaceX, düz 4 dəfə həmin raketləri okeanda olan drone gəmilər üzərinə endirməyə çalışsalarda bu cəhdlərin hər biri uğursuz oldu. Lakin son 3 ard-arda reallaşdırılan cəhtlərin hər birində SpaceX missiyasını yerinə yetirməyi bacarıb.

    Taylanda aid olan, 3100 kg çəkiyə malik Thaicom 8 peykini səmaya buraxan Falcon 9 roketi yer üzərinə eniş etməsi uğurlu alınıb.


    Linki kopyala