
Spider-Man haqqında çəkiləcək yeni filmin adı bəlli olub
Digər
07.05.2017
Farid Pardashunas
Baş rolu Tom Holland-ın canlandıracağı yeni Spider-Man
filminin adı və logosu bəlli olub. Sony ilə Marvel-in birgə səyləri nəticəsində
çəkiləcək film "Spider-Man:
Homecoming” adlanacaq. Filmin bu cür ad daşıması əslində 1984-cü ildə
işıq üzü görmüş The Amazing Spider-Man komiksinin 252-ci sayına aiddir. Film
barəsində hələki heç bir məlumat yoxdur. Lakin bilinir ki, rejissor qismində John
Watts çıxış edəcək. Bəzi şaiyələrə əsasən yeni filmdə İron Man də olacaq. Daily
Bugle qəzetinin baş redaktoru olan John Jonah Jameson Jr. Obrazı üçün isə əsas
namizəd kimi Hugh Laurie-dir. Əsas mənfi obrazlardan birinin Vulture olacağı düşünülür.
Təbii ki, bunlar hələki şaiyədir. Las-Veqasda keçirilmiş CinemaCon tədbiri çərçivəsində
Sony Pictures şirkətinin sədri Tom Rothman yeni çəkiləcək film haqqında bu cür
fikir bildirib. "Peter Parker çətin münaqişələrlə mübarizə aparmalı olacaq. Dünyanı
xilas etməklə yanaşı ev tapşırıqlarını yerinə yetirməyə çalışmaq” – deyə Tom
Rothman bildirib. Spider-Man obrazının yenilənmiş versiyasını isə ilk olaraq "Captain America: Civil War” filmində
görmək olacaq.

Linki kopyala
Həftənin xəbərləri

