Spider-Man haqqında çəkiləcək yeni filmin adı bəlli olub

Spider-Man haqqında çəkiləcək yeni filmin adı bəlli olub

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Baş rolu Tom Holland-ın canlandıracağı yeni Spider-Man filminin adı və logosu bəlli olub. Sony ilə Marvel-in birgə səyləri nəticəsində çəkiləcək film "Spider-Man: Homecoming” adlanacaq. Filmin bu cür ad daşıması əslində 1984-cü ildə işıq üzü görmüş The Amazing Spider-Man komiksinin 252-ci sayına aiddir. Film barəsində hələki heç bir məlumat yoxdur. Lakin bilinir ki, rejissor qismində John Watts çıxış edəcək. Bəzi şaiyələrə əsasən yeni filmdə İron Man də olacaq. Daily Bugle qəzetinin baş redaktoru olan John Jonah Jameson Jr. Obrazı üçün isə əsas namizəd kimi Hugh Laurie-dir. Əsas mənfi obrazlardan birinin Vulture olacağı düşünülür. Təbii ki, bunlar hələki şaiyədir. Las-Veqasda keçirilmiş CinemaCon tədbiri çərçivəsində Sony Pictures şirkətinin sədri Tom Rothman yeni çəkiləcək film haqqında bu cür fikir bildirib. "Peter Parker çətin münaqişələrlə mübarizə aparmalı olacaq. Dünyanı xilas etməklə yanaşı ev tapşırıqlarını yerinə yetirməyə çalışmaq” – deyə Tom Rothman bildirib. Spider-Man obrazının yenilənmiş versiyasını isə ilk olaraq "Captain America: Civil War” filmində görmək olacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×