Sponsor taparaq Pokemonların hamısını toplaya bildi

Sponsor taparaq Pokemonların hamısını toplaya bildi

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Gün keçdikcə Pokemon Go ilə bağlı xəbərlər gündəmdə qalmağı bacarır. Belə ki, ABŞ vətəndaşı Nick Johnson bir ilkə imza atəb və 145 Pokemonun hamısını toplamağa nail ola bilib. 28 yaşlı Johnson bunun üçün dünya turuna belə çıxmağı gözə alıb. O, yalnızca Avstraliyanın Sidney şəhərində və Yeni Zellandiyada tapılan "Kangaskhan adlı pokemonu tapmaq üçün oraya yollanıb. Sidneydə olan Pokemonu Hyde Park ətrafında tapan Johnson bölgədəki iştirakçılara da təşəkkür etməyi unutmayıb. Ərazidəki adı çəkilən Pokemonu tutmaq üçün taksiyə minməli olduğunu, yoldakı təmir işlərinə görə isə düşüb uzun məsafəni qaçdığını söyləyib. Çünki, Pokemonlar bəlli ərazidə yarandıqdan sonar müəyyən müddətdən sonar itirlər və yenidən üzə çıxmaqları zaman alır. Bu arada 142 Pokemonu ABŞ-da toplayan oyuncu, ilk olaraq yalnızca Avropada yaşayan Mr. Mime-I tutmaq üçün Parisə yollanıb. Həmçinin Johnsonun bütün xərclərini dünyaca məşhurMarriot və Expedia şirkətləri öz üzərlərinə götürüblər. Daha sonra Johnson Reddit istifadəçilərinin tövsiyələrini dinləyərək Honq Konq-dakı Farfetch\'d-i də əldə edib. Bütün Pokemonları toplayan Johnson Twitter hesabından oyunun qurucularına "Hey Nintendo və Pokemon Company, dünyanı gəzdim və 145 Pokemonun hamısını topladım, baş ofisi nə vaxt ziyarət edə bilərəm? Sabah Yaponiyadayam! ” deyə bildirib. Qeyd edək ki, indiyədək oyunda 151 növ Pokemon tapmaq mümkün olub. Amma şirkət tərəfindən 145-i oyuna daxil edilib.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×