main-post-cover

    “Spotify” istifadəçi datalarını 14 ölkədə Açıq Hava Reklam kampaniyasına çevirdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Spotify”, bugünə qədərki ən böyük açıq hava kampaniyasında istifadəçi datalarından istifadə edərək 2016 ilini yumorla yola salır.

    2016-cı ilin sonuna yaxınlaşarkən musiqi arxivi "Spotify” da ilin bitişini böyük bir açıq hava reklam kampaniyası ilə qeyd edir. Beləki "Spotify" istifadəçi datalarından yola çıxaraq maraqlı bir işə imza atır.
    "Spotify”ın New Yorkdakı kreativ komandası tərəfindən bir çox fərqli bölgələrdən gələn fikirlərlə dəstəkləyərək yaratdığı bu konsept, "Spotify”ın bugünə qədər etdiyi ən böyük açıq hava kampaniyasıdır. 14 ölkədə reallaşdırılacaq bu kampaniya; ABŞ, İngiltərə, Fransa və Almaniya ilə başlayıb daha sonra Yeni Zellandiya, Avstraliya, Argentina, Braziliya, Kanada, Danimarka, İndoneziya, Meksika və İsveç kimi bir çox fərqli ölkəni də əhatə edəcək. Kampaniyanın əsası marketoloqların çox yaxşı bildikləri "DATA”dır. "Spotify”ın istifadə etdiyi bu Datalar isə ümumi deyil, o ölkənin mədəniyyətinə və gündəminə dair lokal Datalardır. Məsələn, İngiltərədəki poster "Brexit” (Britain və Exit sözlərinin birləşməsindən yaranıb, İngiltərənin Avropa Birliyindən ayrılmasını ifadə edir) səsverməsinin keçirildiyi gün "It’s The End Of The World As We Know It” mahnısını dinləyənlərə səbr etmələri barədə nəsihət verir.

    İngiltərə

    Hətta bəzi işlərdə lokallaşdırma çox daha dərinə gedib. Beləki, New Yorkdakı teatrların olduğu yerdə bilet tapılması mümkün olmayan "Hamilton” musiqili albomunu 5376 dəfə dinləyən şəxsə xüsusi olaraq səslənib və ondan bilet alıb ala bilmədiyini soruşub. Şəkillərdən də görə biləcəyiniz kimi "Spotify”, Sevgililər günündə "Sorry” mahnısına 42 dəfə qulaq asmış şəxsdən indi nə etdiyini soruşur.

    "Spotify” İdarə Heyəti Rəhbəri Seth Farbman, bu kampaniyanın 2015-ci ildə etdikləri, ilə musiqili mənada bir baxış təqdim edən kampaniyadan ilham aldığını deyir. Oradakı datanın fərqli coğrafi bölgələr əsas götürülərək incələnməsinin maraqlı nəticələr doğuracağının fərqinə varılması nəticəsində, izləyici davranışı ilə mədəniyyət arasındakı əlaqəni vurğulayan bu kampaniya meydana çıxıb. Texnologiya və Big Data-nı insanlaşdırmanın yumoristik bir yolunu təqdim edən kampaniyanın şüarı :"Thanks 2016! It’s been weird!” (Təşəkkürlər 2016! Qəribə bir il oldu!)
    Yeni ilə qədər davam edəcək kampaniya, şəxsə özəl "Spotify” istifadə datalarını əhatə edən e-mail mesajları və sosial media məzmunları ilə də dəstəklənəcək.

    ABŞ
     
     
     
     

    Fransa

    Almaniya  

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər