main-post-cover

    "Spotify"ın yeni siyasəti şirkətə necə təsir edəcək?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Məşhur musiqi portal Spotify, digər musiqi tətbiqləri ilə özəl anlaşması olan sənətçiləri cəzalandırmaq qərarına gəlib.
     
    İsveç şirkəti "Spotify”, Apple Music və Tidal-ın aktiv hala gəlməsi ilə güclü rəqabətlə üz-üzə qalıb. Bir çox musiqi xidməti təklif edən platformalardan seçilməyi bacaran Spotify, rəqabətə davam gətirmək üçün Apple Music və Tidal kimi tətbiqlərlə çalışan sənətçilərə öz xidmətində qadağa qoyub. İddialara görə Spotify bəzi sənətçiləri axtarış zamanı göstərməyərək cəzalandırıb. Xüsusi ilə bu xidmətlərlə çalışan sənətçilər gizləmə rejiminə salınacaq. Yəni siz həmin sənətçinin adını Spotify-da tapa bilməyəcəksiniz. Spotify hələki, mövzu ilə bağlı açıqlama verməyib. Xatırladaq ki, bu Spotify-ın sənətçilərlə yaşadığı ilk problem deyil. Beləki, Taylor Swift belə musiqi portallarına qarşı çıxdığını demiş və 1989 adlı son albomunu Spotify-da yayımlamamışdı. Sənətçinin sözlərinə görə bu tip platformalar onların gəlirinə mane olur. Amma daha sonra Taylor edilən anlaşma nəticəsində son albomunu Apple Music-də sevənlərinə təqdim etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər