main-post-cover

    Star Wars-a aid tam yeni oyun

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Electronic Arts şirkəti Respawn Entertainment (Titanfall) studiyası ilə birlikdə Star Wars dünyasına aid yeni action oyun hazırlandığını anons edib. Yeni oyun tps (third-person-shooter) üslubunda olacaq. "Mən qeyd etmək istəyirəm ki, Electronic Arts şirkəti bacarıqlı Respawn Entertainment studiyası ilə birlikdə öz əlaqələrini möhkəmləndirmək və böyütmək üçün Star Wars dünyasına aid olacaq yeni tps üslublu action oyunun hazırlanmasına start verilib. Artıq Respawn Entertainment studiyası da Star Wars seriyasına aid müxtəlif növ oyunları hazırlayan digər studiyaların (Visceral Games, DICE, Capital Games, BioWare, Motive)sırasına daxil olub. Əgər siz də bizimlə birgə bu maraqlı macəraya qatılmaq istəyirsinizsə onda boş vakansiyalar ilə tanış olun. Hal-hazırda biz Visceral Games və Motive studiyalarında yerlər verə bilərik. Son illər mən Vince Zampella və onun komandası ilə çox vaxt keçirtmişəm. Onların mükəmməl təcrübələri Titanfall oyununu ən uğurlu yeni oyun seriyalarından birinə çevirdi. İndi isə biz bu cür hadisəni Star Wars-un köməyi ilə müşahidə edəcəyik” – deyə EA Games şirkətinin vitse-prezidenti Patrick Söderlund bildirib.

    Linki kopyala