main-post-cover

    Star Wars: Battlefront

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Çoxları tərəfindən gözlənilən Star Wars: Battlefront oyununun təqdimatı EA şirkətinin konfransında baş tutub. Videoda Hoth planeti uğrunda partizanlarla imperiya döyüşçülərinin müharibəsi əks olunub. DICE oyunda Luke Skywalkerin rolunda oynamağın mümkün olacağını təsdiqləyib. Studiya bir neçə vaxt bundan qabaq bildirmişdi ki, oyunda Star Wars seriyanın məşhur personajlarının rolunda oynamaq olacaq. DICE həmdə onu bildirib ki, vaxtı ikən studiya EA Games-ə sözün əsl mənasında yalvarırdı ki, şirkət Battlefrontu hazırlamaq üçün məhz onlara versin. Beləliklə DICE Battlefrontu Star Wars pərəstişkarlarının arzuladıqları oyun kimi hazırlayırlar. Star Wars: Battlefront 17 Noyabr 2015-ci il tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq. 

    Linki kopyala