main-post-cover

    "Star Wars Episode VIII" biraz gecikəcək

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Walt Disney və Lucasfilm şirkəti "Star Wars Episode VIII" filminin premyera tarixini dəyişib. Verilən rəsmi məlumata görə film 26 May 2017-ci il tarixi əvəzinə 17 Dekabr 2017-ci il tarixində izləyicilərə təqdim olunacaq. Premyera tarixinin dəyişilmə səbəbləri məlum deyil. Qeyd edək ki, bir müddət bundan öncə təsdiqlənməmiş məlumata görə bildirilmişdir ki, yeni filmin ssenarisi redaktə olunur. Yeni filmin premyera tarixi Warner Bros. studiyasının "Ready Player One" filmi ilə bir vaxta düşür. Çox güman ki, həmin ərəfədə "Avatar 2" filminin premyerası da baş tutacaq. Bundan əlavə olaraq Walt Disney şirkəti "Pirates of the Caribbean: Dead Men Tell No Tales" filminin də premyera tarixini dəyişib. Film 26 May 2017-ci il əvəzinə 7 İyul 2017-ci il tarixində təqdim olunacaq. Nəzərinizə çatdıraq ki, rejissoru Rian Johnson olacaq "Star Wars Episode VIII" filmində baş rolları Daisy Ridley, Adam Driver, Oscar Isaac, Domhnall Gleeson, Mark Hamill, Carrie Fisher, Gwendoline Christie, John Boyega və Benicio del Toro canlandıracaqlar. Harrison Ford-un filmdə rol almağı hələki sual altındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər