main-post-cover

    "Star Wars: Episode VIII" filminin çəkilişlərinə start verilib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bu barədə Walt Disney şirkətinin direktoru Bob İger məlumat verib. 
    "Məşhur film seriyasının növbəti epizodunun çəkilişlərinə start verilib. Film söz verdiyimiz kimi 2017-ci ilin dekabr ayında izləyicilərə təqdim olunacaq. Bundan əlavə olaraq 9-cu epizod üzərində işlər də artıq başlanılıb. Onun premyerası isə 2019-cu ildə baş tutacaq" - deyə Bob İger bildirib. Bundan əlavə olaraq Bob İger qeyd edib ki, "Rogue One: A Star Wars Story" filminin çəkilişləri artıq başa çatıb. O bildirib ki, bu ilin sonunda böyük ekranlara çıxacaq "Rogue One: A Star Wars Story" filmindən çox razıdır. Hamıya tanış olan Han Solo personajı üçün nəzərdə tutulmuş film isə 2018-ci ilin may ayında izləyicilərə təqdim olunacaq. "Star Wars: Episode VIII" filmində baş rolları Daisy Ridley, Adam Driver, Oscar Isaac, Domhnall Gleeson, Mark Hamill, Carrie Fisher, Gwendoline Christie, John Boyega, Benicio del Toro canlandıracaqlar. Yeni filmdə Harrison Ford-un qayıtması isə hələki sual altındadır. "Star Wars: Episode VIII" filminin süjet xətdi haqqında tam dəqiq bir məlumat yoxdur. Onuda qeyd edək ki, rejissoru Rian Johnson olan "Star Wars: Episode VIII" filminin premyerası 2017-ci ilin may ayı üçün planlaşdırılırdı. Lakin sonra Lucasfilm studiyası premyera tarixini həmin ilin dekabr ayına dəyişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər