Star Wars film seriyasında şahzadə Leia-nı canlandırmış aktrisa Carrie Fisher vəfat etdi

08.05.2017 0 PAYLAŞIM 5228 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Los Ancelesdə 60 yaşında aktrisa Carrie Fisher vəfat edib.

Bir çoxları üçün Carrie Fisher, "Star Wars” film seriyasındakı şahzadə Leia obrazını canlandırması ilə tanınır. Aktrisanın vəfatının səbəbi ürək tutması olub. Carrie Fisher, London-Los Anceles reysi ilə səyahət edən zaman təyyarədə birdən ürəyi tutub. Sərnişinlər arasında olan həkimlər, aktrisaya ilk köməyi göstərməyə çalışıblar. Təyyarə enəndən sonra isə aktrisanı dərhal xəstəxanaya çatdıraraq onu həyatı dəstəkləyən aparata birləşdiriblər. Lakin buna baxmayaraq həkimlərin bütün səyləri boşa gedib. Qeyd etmək lazımdır ki, vəfatından bir neçə müddət öncə "The Princess Diarist” adlı avtobioqrafik kitab yazmışdır. Həmin kitabda aktrisa, həyatının bilinməyən tərəflərindən o cümlədən "Star Wars” film seriyası üzrə həmkarı aktyor Harrison Ford-la olmuş eşqindən yazmışdır. Sonuncu dəfə Carrie Fisher-i "Star Wars Episode VII: The Force Awakens” filmində şahzadə Leia rolunda görmək olar. "Lucasfilm” studiyası isə bildirib ki, aktrisa seriyanın 8-ci epizoddakı rolunu tamamilə canlandırıb bitirmişdir.