main-post-cover

    Star Wars-ü təmsil edən möhtəşəm xüsusiyyətlərə sahib telefon təqdim olunacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Qısa zaman sonra premyerası baş tutacaq Star Wars filmini bir çoxları səbirsizliklə gözləməkdədir. Amma Star Wars sevənlərə digər maraqlı məlumatımız ondan ibarətdir ki, artıq bu adda telefon tezliklə təqdim olunacaq.

    Star Wars sevənlərin iki tərəfi dəstəklədiyini nəzərə alan Yaponiya mənşəli GSM şirkəti, SoftBank iki müxtəlif telefon dizaynı təqdim edəcəyini bildirib. Yəni telefon Star Wars-ün Light və Dark tərəfi dəstəkləyənlər nəzərə alınaraq dizayn olunub. Telefon "Sharp" şirkəti tərəfindən istehsal olunub. Hətta Dark (qaranlıq) tərəfi dəstəkləyənlər üçün qara və qırmızı, Light (işıqlı və ya doğru) tərəfi dəstəkləyənlər üçün isə mavi və ağ rəngli telefonlar təqdim olunacaq.

    Star Wars telefonunun texniki xüsusiyyətləri ilə tanış olaq. Telefon bir sıra yüksək səviyyəli xüsusiyyətləri ilə diqqət çəkməkdədir. Star Wars telefonu 5.3 inç böyüklüyündə 1080p keyfiyyətdə IGZO ekrana, Snapdragon 820 prosessora, 22.6 MP kameraya, 3000 mAh batareyaya, 3GB RAM, 32 GB daxili yaddaşa sahib olacaq. Bundan əlavə 155qram çəkiyə malik cihazın daha bir üstün tərəfi TV Tunerə sahib olmasıdır. Bunun sayəsində telefonun köməyilə internetə ehtiyac olmadan TV izləmək mümkündür. Telefon Android 6.0 Marhsmallow əməliyyat sisteminə sahib olacaq. Cihaz 2 dekabrda satışa çıxarılacaq. Telefonun hələ ki, Yaponiyada satışa çıxarılması gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər