Startapçılar uğursuz olmaqdan qorxmurlar, peşman olmaqdan qorxurlar

Startapçılar uğursuz olmaqdan qorxmurlar, peşman olmaqdan qorxurlar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Özünüzü və ya başqasını gün içində edilməyən işlər mövzusunda günahlandırmazdan əvvəl o yarısı dolu stəkanın tamamına baxın. Bir anlıq gözlərinizi bağlayın və düşünməyə başlayın. İşin sizin üçün nə qədər önəmli olduğunu gözdən keçirdin.

Heçkim ölüm döşəyində peşmanlıqlar yaşamaq istəməz.

30-40 il sonrası haqqında düşünmək çətindir, bilirəm. Heçkim ölüm mövzusunda da düşünmək istəməz. O zaman indiyə qayıdaq və təqvimimizə göz gəzdirək. Bugündən əvvəlki 90 günə bir nəzər salın. Kaşki bu mövzu üzərində daha çox zaman xərcləsəydim, dediyiniz şeylərə baxın.


Peşmanlıqlar ağır-ağır üstümüzə çökər və təsirini göstərər. Sadəcə qəlbimizi deyil, düşüncələrimizi də təsir altına alar. İnsanları yalnız və çarəsiz qoyduğumuzda, daha çox işləməyimiz lazım olduğunu bildiyimiz halda işləmədiyimizdə, daima olmasını istədiyimiz bir şeylərdən əl çəkdiyimizdə peşman olmağa başlayarıq. Bəzi peşmanlıqları geridə buraxa bilərkən bəziləri bir ömür ardımızca gəlməyə davam edər.

Ölmədən əvvəl insanların ən çox peşmanlıq duyduqları şeylərə baxaq:

Kaşki doğru bildiklərimə və inandıqlarıma görə bir həyat sürmək cəsarətim olsaydı və başqalarının məndən gözlədikləri həyatı yaşamasaydım.

Kaşki o qədər çox işləməsydim.

Kaşki hisslərimi ifadə edə bilmək cəsarətim olsaydı.

Kaşki dostlarımla, münasibətimi davam etdirsəydim.

Kaşki daha çox xoşbəxt olmaq üçün özümə icazə versəydim.

Kədərli reallıqlar. Kaşkilər…

Bu peşmanlıqlara dərindən baxdığımız zaman, hamısının müxtəlif problemlərə bağlı olduğunu görürük.

Hisslərimizdəki sıxışmışlıq, bir məqsəddə ilişib qalmaq və s. İlişib qalmaq daima pis bir şey deyil amma irəliyə doğru addım ata bilməmək, getməli olduğumuz istiqamətə doğru getməmək pisdir. Hərəkət et, böyüməyə çalış və düzgün məqamı tut!

İnsanlar nadir olaraq, bu sıxışıb qaldıqları mövzuları axışına buraxarlar. Kitab yazmaq, şəkil çəkmək kimi hobbiləri seçərlər amma bir ömür boyu peşmanlıqlarını yaşayacaqları layihələri üçün addım atmağa cəsarət etməzlər. Bir ömür boyu peşmanlığını duyacağımız şeylərdən iqtisadi bir gəlir əldə etmədiyimiz üçün hazırda üstündə baş yormuruq amma sonra peşmanlığını yaşayırıq. Bunları əsas işimiz mövqeyinə gətirmirik və bir ömür boyu keçmişə baxaraq qalırıq.

Bu tərz peşmanlıqları yaşatmayın özünüzə. Müstəqil bir formada yaşayın, yaradıcılığınızı sərbəst buraxın, özünüzü və hisslərinizi ifadə edin. Xoşbəxtliyiniz buna dəyər. Siz, buna dəyərsiniz!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×