Startapda çalışmağın 5 səbəbi

Startapda çalışmağın 5 səbəbi

Digər
08.05.2017 PAYLAŞIM

Deyirlər ki, şəxsi biznes ilə məşqul olanda geniş miqyasda düşünmək lazımdır. Məgər hansısa şirkət daxilində şəxsi karyera barəsində kiçik düşünmək lazımdır? Startap, karyera və vacib həyat təcrübələrinin qazanılması baxımından əla fürsətdir.

Siz əsl işlə məşqul olmağa başlayacaqsınız

Start verilən an keçirilən hissləri sözlərlə başa salmaq çətindir. Bu daha çox "The Matrix” filmindəki Neo-nun qırmızı həbi seçməsinə bənzəyir. Startapda hər bir qərar ya uğura yadaki uğursuzluğa aparır. Hər hansı bir şirkət işini buraxıb öz biznesinizə başlasaz (və ya sizə yad startapa qatılsaz) siz yüngüllük hiss edəcəksiniz. Startaplar insanı öz əsl şəxsiyyətini tapmağa və daha qeyri-adi bir şeylərin yaradılması üçün yolların tapılmasına sövq edir. Və çox güman ki, bu çətin mərhələlərdən sonra siz böyük uğura imza atacaqsınız.

Təlim və məsuliyyət

Startapda 2 aylıq çalışmaq hansısa şirkətdə 5 illik iş təcrübəsindən daha çox bilik qazandırır. Bunun əsas səbəbi odur ki, startapda eyni anda bir neçə işi görmək lazım gəlir. Beləliklə siz yeni bacarıqlar və öhdəliklər qazanırsız. Bu isə sizə gələcəkdə biznesinizin böyük imperiyaya çevrilməsində lazım olacaq. Siz daha tez öyrənəcəksiniz. Çünki startapda çalışmaq sizdən bunu tələb edəcək. Bütün bunlar sizə yeni biliklər və təcrübələr qazandıracaq.


Şəxsi mədəniyyətin yaradılması

Startapda siz istədyiniz kimi şəxsi mədəniyyətinizi yarada bilərsiniz. Böyük bir şirkətdə isə siz artıq təməli qoyulmuş dəyərlərə və qaydalara əməl etməli olacaqsınız. Startapda isə siz öz fikirlərinizi təklif edərək şirkətin iş mədəniyyətini yarada bilərsiniz.

Ətraf mühit

Startapların ən yaxşı xüsusiyyətlərindən biri odur ki, siz bu və ya digər işdə maraqlı olan insanlar ilə birgə çalışacaqsınız. Siz həmişə yaranmış mühitdə daha böyük rəqibləri geridə qoymaq üçün innovasiyalı fikirlər tapmağa çalışacaqsınız. Bu cür mühit isə innovasiyanın müstəqil şəkildə yaradılması üçün əla fürsətdir.

Şəxsi biznes üçün başlanğıc

Startapda çalışmaq özün-özünün necə müdiri olmağını öyrənmək üçün yaxşı şansdır. Bu şans biznesin necə qurulduğunu anlamağa imkan verir. Əgər siz nə vaxtsa öz biznesinizi qurmağı planlaşdırsaz, startapda çalışmaq bu baxımdan ideal təcrübədir. Beləliklə siz məqsədlərin hansı ardıcıllıqla ön plana keçirilməsi, planların yerinə yetirilməsi, bazara məhsul çıxarılması və digər iş prosesləri haqqında bilikləri öyrənəcəksiniz. Startaplar sizlərə qiymətli bacarıqlar qazandırmaqla yanaşı sizin biliyinizi genişləndirəcək. Orta və böyük şirkətlərdə isə bunlara bənzər xüsusiyyətləri tapmaq çətinlik yaradacaq.



DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×