Startapınızın uğursuz olmaması üçün 4 önəmli məqam

Startapınızın uğursuz olmaması üçün 4 önəmli məqam

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Sirr deyil ki, başlanğıclar kiçik amma iddialı olur. Şirkətlər, rəqiblərinə qarşı bazarda bir mövqe əldə etmək üçün çətin və ağır bir mübarizə aparırlar. 2008-ci ilə qədər hər il yeni qurulan 100.000 şirkət il sonunda adətən uğursuz olurdu ancaq bu nisbət son 8 ildə tam tərsinə çevrilmiş vəziyyətdədir.

Dövlət tərəfindən dəstək alana qədər (və ya böyük bir şirkət olana qədər) görünən ən yaxşı yol öz başınızın çarəsinə baxmaqdır. İnvestorlar böyük bir güc ola bilər amma onlara getməzdən əvvəl özünüzü sonuna qədər uzaqda tutmağa çalışın. 

Şirkətinizin ayaqda qala bilməsi üçün bu 4 maddəni tətbiq etməlisiniz:


Məhsulla deyil, problemlə başlayın.
Həll etməyə çalışdığınız problemləri yazın, fikirlərinizi deyil. Əvvəla məhsul yönümlü işləməyə başlamağınız, gələcəkdə məhsulla bağlı yaşayacağınız sıxıntıları gözdən qaçırmağınız həm şirkətinizin gedişatı həm də səylərinizin boşa çıxması baxımından sizə zərər olaraq geri qayıdar və bu zərər ciddi pul itkisinə gətirib çıxara bilər. İstehsal müddətində başa qayıdaraq hərşeyi yenidən başlamağınıza səbəb ola bilər. Buna görə də şirkətinizin gələcəyi baxımından əvvəlcə strategiyanızı təyin edərək, qarşılaşa biləcəyiniz bütün problemləri qeyd etməyə və daha problemlərlə qarşılaşmadan həll yolları ortaya qoymağa və ya problemin vuracağı ziyanın təsirini bir neçə dəfə azaltmağın bir yolunu tapmağa çalışmalısınız.

Böyük problemlər həll edilməlidir, əvvəlcədən ortaya qoyulmuş həll üsulu isə sizə üstünlük verər. Buna görə də, kiçik düşünməkdən qaçın, başqalarının ticari zəkasına həsəd aparanlar hər zaman uduzarlar. Uğurlu startapçılar sadəcə pul üçün bir işə başlamazlar, dünyanı daha yaxşı yaşanacaq bir yer etməyi məqsəd kimi qəbul edərlər. Bu düşüncə tərzi sahibkarın böyüməsinə gətirib çıxardar.

Hədəf kütlənizdən 100 nəfərlə görüşün.

Potensial və mövcud müştərilərinizlə problemlərin həlli üçün görüşəcək bir komanda yaradın.

Hədəf kütlənizdə müştərilərinizin 20%-indən alacağınız fikirlər məhsullarınızın 80%-inə təsir edər. Strategiya baxımından da hədəf kütləniz məhsullarınıza daha yaxşı hakim olmağınıza kömək edir.

Müştərilərin problem yaşadıqları yerləri təyin edin.

Müştərilərinizin məhsullarınızla bağlı iddia etdikləri səhvləri araşdırın. Çünki müştərilərinizdən gələn fikirlər inkişafınız baxımından olduqca vacibdir. Sizin şirkət olaraq hiss etmədiyiniz bəzi problemləri müştərilər təyin edə bilirlər. Siz də edəcəyiniz tədqiqat ilə bu geri bildirimləri toplayaraq məhsullarınızı daha keyfiyyətli edə bilərsiniz və beləliklə həm işinizi daha yaxşı görərsiniz həm də müştəri məmnuniyyətini təmin edərək daha da böyüməyinizə şərait yarada bilərsiniz.

Müştərilərinizin şirkətinizi və məhsullarınızı tanımalarına icazə verin.

İnvestorların 42%-inin dediklərinə görə iş həyatlarında, ilk addımlarında ən çox etdikləri səhv, məhsullarının istehsala keçməzdən əvvəl, bazarda olmasına ehtiyac olduqlarını düşünmələridir. Müştəriniz haqqında nə bildiyiniz vacib deyil, vacib olan müştərilərinizin şirkətiniz və məhsullarınız haqqında fikir sahibi olmalarını təmin etməkdir. Beləliklə, müştərilərinizin sizi və məhsullarınızı nə qədər tanıdıqları sualına cavablar tapmalısınız. Cavabı tapmaq üçün də qarışıq olmayan bir vebsayt hazırlayaraq, kimlər üçün, necə bir problemə, necə bir həll üsulu yaratdığınızı başa salmağa çalışın. Müştərilərinizə sizinlə əlaqə qura biləcəkləri vasitələri də sayta əlavə edin (e-mail adresi, telefon nömrələri, sosial media əlaqələri və s.).

Google Adwords-də saytınızın traffiki üçün reklam yaradın. Saytınızı ziyarət edən insanlardan ən az 50 ədəd vacib fikir maili alana qədər bu reklamları davam etdirməlisiniz.

Hər bir startapçı, fikrinin bir inqilab yaradacaq qədər fərqli olmasını arzu edir və elə olduğunu düşünür. Müştəri şərhləri olmadan, sadəcə məhsul yönümlü inkişafa üstünlük verməyinizin sizə təsiri, şirkətinizin zərər etməsi olacaqdır. Daha sonra oturub harda səhv etdiyinizi axtarmağa çalışdığınızda, probleminizin müştəri yönümlü olmaq yerinə, məhsul yönümlü inkişafa meyl etməyinizdən qaynaqlandığını təyin edəcəksiniz.

Reallıq budur ki, iş həyatında bir şirkəti ayaqda tutmaq asan deyil və əsasən yeni başlayan şirkətlərin 75%-i ilk fəaliyyət ilinin sonlarında batma riski ilə qarşı-qarşıya qalırlar. Buna görə məhsulunuzun qısa həlləri üzərinə fokuslanmaq yerinə, potensial müştərilərinizin və ya hədəf kütlənizin əslində nə istədiyinə qulaq verməyinizi məsləhət görürük.

 

Sizə Lazım ola bilər

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×