Reklam
Startaplar üçün GrowthCoachBaku proqramı nədir?

Startaplar üçün GrowthCoachBaku proqramı nədir?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

GrowthCoachBaku proqramı

Yerli startaplarımıza dəstək məqsədi ilə hazırlanmış GrowthCoachBaku proqramını sizlərə təqdim edirik.

GrowthCoachBaku Proqramı nədir?

GrowthCoachBaku Proqramı Azərbaycanlı gənclər üçün dizayn edilmiş startap koçing və mentorluq proqramıdır. Proqramın əsas məqsədi ideyası olan gənclərimizə və ya hazırda fəaliyyətdə olan yeni startap layihələrinə real biznesə dönüşmək üçün lazımi bilik və bacarıqların praktiki şəkildə öyrədilməsi və yerli gənc startapçılarımıza dəstək olunmasıdır.


Proqram Hansı formatda keçiriləcəkdir?

Hazırda proqramın əsasən onlayn formada həyata keçirilməsi nəzərdə tutulsa da, layihənin fiziki auditoriyada keçirilmə ehtimalı yüksəkdir. GrowthCoachBaku proqramında Azərbaycandan 3 layihə komandası ilə iştirak edə biləcək. İştirakçılar hər ayın əvvəli növbəti ay üçün əməliyyat planı hazırlayacaq və ayın sonunda isə planın yerinə yetirilməsi haqqında hesabat verəcək. Iştirakçıların öz ideyaları/startapları üzərində praktiki işləyərək irəliləyiş etməsi üçün bu proses interaktiv sessiyalarla dəstəklənəcəkdir. Proqram təlim planına əsasən həftəlik 2-3 interaktiv sessiyanın olacağı planlaşdırılıb. Sessiyalarda startaplar üçün ən vacib mövzular əhatə olunacaq. Proqramın təlim planı ilə bu linkdə tanış ola bilərsiniz.

Proqramda kimlər iştirak edə bilər?

Proqrama qəbul zamanı əsasən startap sistemində yeni olan gənc startapçılara və ideyası olub ideyasını məhsula necə çevirə biləcəyini öyrənmək istəyən gənclərə daha çox üstünlük veriləcək. Ümumilikdə ideyası olmasa belə, bir biznes ideyasının necə yarandığını və onun ideyadan məhsula necə transformasiya olunduğunu öyrənmək istəyən hər bir kəs müraciət edə bilər.

Proqramın faydaları nələrdir?

Proqrama seçiləcək 3 startap layihəsinin beynəlxalq platformalara çıxışına və bu istiqamətdə yeni əlaqələr qurmalarına tərəfimizdən dəstək göstəriləcəkdir. Proqramda iştirak edəcək layihələrdən biri Sinqapur Beynəlxalq Fondunun Gənc Sosial Sahibkarlar İnkubasiyasına qoşulması üçün dəstək göstərəcək və layihə tərəfimizdən nominasiya ediləcəkdir. İştirakçılar üçün bundan əlavə Malayziya və Sinqapurdakı tərəfdaşlarımızla əməkdaşlıq imkanı, eləcə də bu regionda olan uyğun fürsətlərlə tanışlıq imkanı tərəfimizdən yaradılacaqdır. Digər suallarınıza link vasitəsilə "Çox Soruşulan Suallar” bölməsində cavab tapa bilərsiniz.

Iştirakçılar ödəniş etməlidirmi?

Proqramda iştirak tamamilə ödənişsizdir.

Proqramın vaxt qrafiki necədir?

Proqrama Sentyabr ayında start veriləcək və 4 ay – Dekabr ayına qədər davam edəcək. Son müraciət tarixi 1 Sentyabr-dır. Onlayn müraciət formasını bu Linkdə doldura bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×