main-post-cover

    Startapçılar toplanmış vəsaiti hara xərcləyiblər? Maraqlı təfərrüatlar

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Səs salmış "Skully” startapının təsisçiləri Markus Veller və Mitçell Veller-i "Indiegogo” sosial investisiya platforması ilə yığılmış vəsaitləri başqa niyyətlər üçün xərclədikləri ilə ittiham ediblər. Keçmiş işçilərə qarşı ittihamı şirkətin köhnə əməkdaşı Elizabet Feytxauer qaldırıb.

    Onun sözlərinə görə Veller qardaşları yığılmış vəsaitləri öz şəxsi ehtiyacları üçün xərcləyiblər. Bura bahalı idman avtomobillərinin (Lamborghini, Audi R8, Dodge Viper) alışı, gecə klublarına getmələr, səyahət və yüksək səviyyəli mülkiyyətin icarəsi daxildir. "2015-ci ilin payız fəslində Markus Veller və Mitçell Veller qaytarılması qeyr-mümkün olan Bermuda adalarına səyahət bronlaşdırmışdılar. Markus Veller Bermuda adalarından narazı qalaraq bir gün içərisində şirkətin hesabına Havay adalarına birinci sinif uçuşla tur almışdır” – deyə Elizabet Feytxauer bildirib. Technote.az-ın "Thenextweb.com” saytına istinadən verdiyi xəbərə əsasən bütün bunlardan sonra Veller qardaşları San Francisco körfəzinin nüfuzlu rayonlarından birində özləri və ailə üzvləri üçün evlər kirayələmişdilər. Elizabet-i isə bütün bu xərclərin şirkətin təminatı kimi qeyd etməsində məcbur ediblər.
    Qeyd edək ki, 2014-cü ildə "Skully” startap-ı "Indiegogo” platformasında əsl səs-küyə səbəb olmuşdu. Startap bir sutka ərzində 1 milyon, vəsaitin toplanma kompaniyası çərçivəsində isə 2.5 milyon dollar yığa bilmişdir. Startapın məqsədi isə virtual reallıq texnologiyalarını özündə birləşdirən AR-1 adlı "ağıllı” motosiklet dəbilqəsi yaratmaq idi. Onun yaradıcılarının ideyasına əsasən cihaz, sürəti, naviqasiyanı və yol haqqında digər məlumatları dəbilqənin şüşəsinə əks etdirməli idi. Lakin 2 il bundan öncə AR-1 cihazını ön sifariş etmiş istifadəçilər Veller qardaşlarının ixtirasını əldə edə bilmədilər. Bu ilin yay fəslində "Skully”-nin vəsaiti bitdi. Direktorlar şurası şirkətin təsisçilərini işdən azad edəndən sonra startap layihəsini demək olar ki, hamı tərk etdi. Nəticədə bir neçə gün bundan öncə şirkətin bağlanması haqqında rəsmi məlumat verildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər