Startaplar üçün Marketinq planı necə formalaşdırılmalıdır?

Startaplar üçün Marketinq planı necə formalaşdırılmalıdır?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Çoxları ilkin baxışdan marketinqi startapın reklamı kimi başa düşürlər. Çox az startap sahibinin layihəsi ilə bərabər marketinqdən anlayışı var. Əvvəla qeyd etmək lazımdır ki, bazar araşdırmasından tutmuş, məhsulun bazara çıxarılmasına qədər marketinqdən danışa bilərik. Bizim bildiyimiz reklam isə marketinqdə sadəcə bir alət və vasitədir.


Bəzən internet biznesi adlandırdığımız startaplar heç də həmişə internet biznesi olmur. Lakin müasir dövrdə dünyada eləcə də Azərbaycanda startaplar internet biznesi üzərindən formalaşdırılır. Azərbaycan bazarında startapların problemlərindən biri də startap rəhbərlərinin proqramçı və bu qəbilədən olan insanlar olmasıdır. Marketinqdən heç bir anlayışı olmayan hər bir şəxs sadəcə ağılına gələn ideya üzərindən startap yaradanda ya investisiya axtaracaq ya da 3 ay sonra batacaq. Yaxşı marketinq plan olan yerdə investisiyaya ehtiyyac olmur. Amma yaxşı marketinq üçün pula və kadra ehtiyac var. Elə isə hər bir startap üçün maraqlı bir sual yaranır.

Startaplar üçün hansı marketinq planı və reklam kanalları lazımdır?

Birinci növbədə startap formalaşdırmaq istəyən şəxs üçün ən önəmli amil bazarın araşdırılması və təlabatın öyrənilməsidir. Yox əgər mənim təlabatı öyrənməyə ehtiyacım yoxdur, özüm təlabat yaradacam deyirsənsə, ya sən Steve Jobs-san ya da 1 milyard dollar investisiyanı alıb oturmusan. Beləliklə, problemi tapıb həll etməklə sonlandığını düşündüyünüz bu işlərin davamında mütləq bazar araşdırması olmalıdır. Xüsusilə sən, Azərbaycanda bir startap yaradırsansa, spesifik bazar olan ölkə bazarını mütləq araşdırmalısan. Nümunə ilə göstərsək "Ustam" layihəsinin batma səbəblərindən biri düzgün bazar araşdırmasının olmaması idi. Nəticə olaraq uğurlu bir startap formalaşdırmaq istəyən hər bir layihə rəhbəri ilkin olaraq bazarı araşdırmalı ən azından sorğu keçirib insanların rəylərini mütləq almalıdır. Xüsusilə biznes internet üzərindən qurulursa, Azərbaycanda internet istifadəçilərinin sayı, aktiv internet istifadəçiləri, hədəf kütlənin internetdə olub olmaması və bu kimi digər detallar ətraflı təhlil olunub nəticə çıxarılmaldır.


 

Startap bazarında və internet biznesində məhsulun istehsalı mərhələsi qismən rahat və önəmli bir mərhələdir. Çünki, yerli bazarda əksər hallarda layihənin başında məhsulu formalaşdıran adam durur. MVP hazırlandıqdan sonra əksər layihə müəllifləri investor axtarışına qaçır. Nəzərə alınmayan bir məqam ondan ibarətdir ki, investorlar artıq nəin ki, ideyaya, hətta MVP-yə belə investisiya verməyə çəkinirlər. Çünki, MVP məhsulu ortaya qoysa da, bazarı ortaya qoymur. Sənin məhsulunun istifadəçilərini ortaya qoymur, sənin məhsulunla maraqlanan kütləni orataya qoymur. Pulu gətirən isə kütlədir, istehlakçıdır. İnvestora maraqlı olan isə məhsul yox, istehlakçıda olan puldur. Belə bir vəziyyətdə işin bir ucu yenə gəlib marketinqə dirənir. Məhsul istehsalından sonra minumum hədəf kütləyə çatmaq startapın ən ali məqsədi olmalıdır. Həmişə əlində istifadəçi kütləsi və statistikaları olan bir startap eyni seqmentdə digər məhsulu olub bazara çıxmayan startapdan üstündür. Buradan belə nəticə çıxara bilərik ki, əgər sizin startap kütləvi istehsal tələb etmirsə və internet üzərindən qurulubsa belə olan halda sizin üçün olan ən ideal davranış məhsulu bazara çıxarmaq və işə başlamaqdır. Toxum yatırımını isə buraya daxil etməyə bilərik. Bəzən staraplar olur ki, adi bir saytın formalaşdırılması üçün pulları olmur. Düzü, ölkəmizdə belə vəsaiti də əldə etməkdə çox çətinlik çəkirik. Belə olan halda isə uğurlu komanda köməyə gələ bilər. Ən azından biz Technote-u təsis edəndə, 5 nəfər üzvümüz və 70 manat pulumuz var idi.

Məhsulun reklamı və doğru hədəf kütləyə çatdırılması planın vacib bir tərkib hissəsidir. Vəziyyət belə olduqda ağlınıza qəribə fikirlər gələ bilər. Yuxarıda da dəfələrlə qeyd etdik ki, startaplar əksər hallarda internet bizneslərindən formalaşdırılır. Elə isə siz hədəf kütləni metroda yox internetdə axtarmalısınız. Əks təqdirdə milyonları sərf etdirməklə metroda Röya-nın reklamı ilə ev satacaqsız. Reklam və tanıtım mövzusu startapın ən yaralı yeridir deyə bilərəm. Bir startapı yaxşı tanıtmağın ideal yolu infulanserlər və viral yayılımlardır. Ənənəvi reklam metodlarındansa, rəqəmsal reklam metodlarını istifadə etmək ilkin mərhələdə bir startap üçün vacibdir. Ən azından facebook reklamlarından istifadə edərək, kiçik hədəf qrupları formalaşdırmaqla məhsulunuzu tanıtmaq məsləhtdir.


Əgər sizin bunun üçün kifayət qədər vəsaitiniz yoxdursa facebook-un startaplar üçün hazırladığı fbstart.com proqramına qoşularaq 500$ ən yaxşı halda isə 2500$ kupon əldə edə bilərsiniz. Qeyd olunan məbləğlər isə sizi ilkin mərhələdə tanıtmaq üçün kifayət edə bilər. Lakin burada bir məqam var. Kortəbii şəkildə paylaşılan hər hansı bir postu reklama verməklə hədəf kütləyə çatmaq mümkün olmur. Viral yayılım kontentlərindən istifadə, əvvəlcədən müəyyən olunmuş kampaniyalar keçirmək və düzgün targeti facebook-da seçmək. Bunları etmək üçün SMM mütəxəssi olmalıyam deyə bilərsiniz, amma özünə CEO deyən və internet bazarında fəaliyyət göstərən rəhbərlər bu kimi detalları mütləq bilməlidirlər. Startapların reklamı üçün facebook-dan başqa vasitələrdən biri də xəbər saytlarıdır. Lakin ilk öncə xəbər saytlarında "nəyi yayımlamaq lazımdır?" sualına, cavab tapmaq lazımdır. Siz əminsiniz ki, həqiqətən sizə lazım olan kütlə hansısa iqtisadi platformada sizin Press Relizi oxuyur? İlk növbədə press reliz tipli yazılardan qaçmaq lazımdır. "Azərbaycanda ilk dəfə mobil sosial şəbəkə təqdim olundu” Bu başlıqlı yazının təsvirinə bir də "Aman Allahım şokdayam" yazısı əlavə etsəz sizə lazım olmayan hədəf kütləyə yaxşı şəkildə çata bilərsiniz. Çalışın hansısa saytda yazı yerləşdirən zaman saytınızın və layihənizin adından istifadə etməyin. Başlıq olaraq insanlara verdiyiniz faydanı çatdırın. Məqalə sonunda isə yerləşdirəcəyiniz bir keçid sizə daha çox kütlə gətirəcək. Saytlarda məqalə yerləşdirə biləcək qədər büdcəniz yoxdursa, bizim saytda pulsuz olaraq öz startapınız haqqında məlumat yerləşdirə bilərsiniz. Yaxud layihəniz haqqında hazırlayacağınız ağıllı və planlı bir viral mətn qısa zamanda pulsuz olaraq bütün xəbər saytlarına çatmağınıza səbəb ola bilər. Bir də ətrafdakı tanışlardan istifadə etməyi unutmayın. İlkin mərhələdə bu vacibdir. 3-cü metod olaraq isə gənclərin toplandığı facebook səhifələrindən və infulanserlərdən istifadə edə bilərsiniz. Rəsmi xəbər səhifələridən çox community-lərin olduğu səhifələr sizə daha çox fayda ver bilər və həmin səhifələrdə reklam qiymətləri xəbər saytlarından qat-qat ucuzdur. Lakin burada edilən reklam da ağıllı olmalıdır və reklam olduğu hiss edilməməlidir. Hər halda səhifəni bəyənib, dəstək olaq mövzulu paylaşımları nəzərdə tutmuram.

Bonus Plan.

Əgər bir layihəniz və marketinq planınız varsa layihə reallaşmadan qətiyyən bu haqda kiməsə məlumat verməyin. Sizin planlarınız sizin üçün lazımdır, istehlakçı üçün yox. Bazara çıxmadan verəcəyiniz məlumatlar sizə qarşı öncədən formalaşan mənfi fikirlərə səbəb ola bilər və məhsul istehsal olunanda heç kəsə maraqlı olmaya bilər. Ən azından heç bir şirkət öz məhsulunu tanıtmamışdan əvvəl rəsmi məlumat yayımlamır. (Smartfon istehsalçıları) Təsəvvür edin, Tim Cook Twitter-dən şəkil paylaşır: "Təqdimata son 4 gün, çox həyacanlıyam iPhone 7 gəlir”

Son olaraq toplasaq Startapı el dilində desək tutuzdurmaq üçün sizə lazım olanlar:

-Bazar araşdırması

-Hazır məhsul

-Məhsulun tanıdılması

-İnvestisiya

İnvestisiyanı digər punklardan əvvələ salmaq istəsəz qısa zamanda bata və həvəsdən düşə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×