main-post-cover

    Startaplara investisiya yatıran ulduzlar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Vençur kapitallar və bir çox şirkətlər startap layihələrin investisiyası ilə məşğul olan yeganə mənbələr deyil. Startap layihələrə investisiya ayıran şəxslərin arasında məşhur ulduzlar da az deyil. Həmin ulduzların texnologiya sahəsindən uzaq olmalarına baxmayaraq onlar bir çox texnoloji və digər sahədə fəaliyyət göstərən startaplara dəstək olurlar. "CB Insights” adlı analitik şirkət startap layihələrinə investisiya yatıran aktiv ulduzların siyahısını təqdim edib. Təqdim olunmuş siyahının yarısı demək olar ki, musiqi sahəsinin təmsilçiləri, digərləri isə film və idman sahəsinin təmsilçiləridir.
    1. Amerikalı rep musiqiçisi Snoop Dogg ABŞ ştatlarında marixuananın leqallaşdırılmasından sonra o, bu narkotik vasitənin çatdırılması və satışı ilə məşğul olan startaplara investisiya yatırıb. Həmin startapların arasında Merry Jane, LeafsBySnoop, FunkSacEaze kimi layihələr var.
    2. Dəmir adam Robert Downey Jr., subscription box servisi Loot Crate startapına investisiya yatırıb. Bu servis vasitəsilə istifadəçi abunə haqqı ödəyərək içində müxtəlif mövzulu məhsullardan ibarət bağlama alır. Beləliklə bir çox kolleksiya məhsulları satılır. Bundan əlavə olaraq aktyor müxtəlif təlim videolarını təqdim edən Masterclass layihəsinə də vəsait ayırıb.
    3. Müğənni Justin Bieber, Spotify musiqi servisi və Shots adlı selfi tətbiqinə investisiya yatırıb.
    4. Məşhur Black Eyed Peas qrupunun keçmiş iştirakçısı Will.I.Am texnoloji şirkət "Shellanoo Group”dan tutmuş insanların öz əmanətlərini saxlamaları üçün nəzərdə tutulmuş Honest Dollar startapına kimi layihələrə investisiya yatırır.
    5. Rep musiqiçi 50 Cent təmiz su brendi "Glaceau”a və elektronik cihazlar istehsal edən "SMS Audio” şirkətinə yatırımlar edib.
    6. ABŞ-ın məşhur radioaparıcılarından biri olan Ryan Seacrest meditasiya tətbiqi Headspace və sosial platforma Stamped-ə investisiya yatırıb.
    7. Aktyor Will Smith tibbi startap BioBeats və kişi geyimləri istehsalı ilə məşğul olan "Vastrm” şirkətinə investisiya yatırıb.
    8. Rep musiqiqiçi Jay-Z, Uber tərzli JetSmarter startapına investisiya yatırıb. Startapın Uber-dən fərqi şəxsi təyyarələrə sahib olmasıdır. Həmçinin Jay-Z, Tidal adlı musiqi servisinə də sahibdir.
    9. Aktyor Leonardo DiCaprio döşək istehsalı ilə məşğul olan Casper və lüks smartfonlar istehsal edən Solarin layihəsinə investisiya yatırıb.
    10. Aktrisa və keçmiş model Tyra Banks iş axtarışı servisi The Muse və video vizitkaların hazırlanmasına istiqamətlənmiş VideoGram startapına investisiya yatırıb.
    11. Musiqiçi və aktyor Justin Timberlake, MySpace musiqi sosial şəbəkəsinə bir neçə milyondan əlavə olaraq Stipple startapa da investisiya yatırıb.
    12. Geyim dizayneri Rachel Zoe, Raden turistik servisə və təmiz, sağlam qida çatdırılması ilə məşğul olan FabFitFun startapına investisiya yatırıb.
    13. Linkin Park qrupunun üzvləri müxtəlif sahələrdə fəaliyyət göstərən startaplara investisiya yatırırlar. Məsələn onların siyahısında fond birjasında əməliyyatları yerinə yetirmək üçün Robinhood tətbiqi və çatdırılmaları yerinə yetirmək üçün nəzərdə tutulmuş Shyp servisi var.
    14. Kanadalı basketbolçu Steve Nash, Leonardo DiCaprio ilə birlikdə döşək istehsalı ilə məşğul olan Casper layihəsindən əlavə olaraq uşaqlar üçün təlim platforması Kiwi Crate-ə investisiya yatırıb.
    15. Musiqi meneceri Scooter Braun icarə servisi VIVE və Casper layihəsinə investisiya yatırmışdır.
    16. Professional basketbolun keçmiş ulduzu Kobe Bryant restoranlarda yerlərin bron olunmasına yönəlik Reserve və VIPKid təhsil platformasına investisiya yatırıb.
    17. Siyahıda olan daha bir basketbolçu Carmelo Anthony istifadəçilərə fiziki mühit təklif edən MakeSpace startapına və qadın modasına aid PureWow saytına investisiya yatırıb.
    18. Aktyor və musiqiçi Jaret Leto elektron imza servisi DocuSign və meditasiya tətbiqi Headspace-ə investisiya yatırıb.
    19. Amerika futbolunun keçmiş oyunçusu Joe Montana son illər ərzində bir çox startapa investisiya yatırımı edib. Məsələn o, Nucleus sistem təminatına, Mux analitik startapına və SkyMind süni zəkasına investisiya yatırıb.
    20. Amerikalı musiqi meneceri və "Atom Factoryşirkətinin CEO-su Troy Carter 2007-ci ildən bəri 30-a yaxın startapa investisiya yatırıb. Onun siyahısında olan maraqlı startaplardan biri də sökülüb yığıla bilən kompüter startapı Kano-dur.
    21. Amerikalı rep ifaçı Nas son illər ərzində özünün QueensBridge Venture Partners investisiya fondu sayəsində 40-a yaxın startapı maliyyələşdirib. Həmin siyahıda geyim mağazası TotspotFitMob idman zallarında abunələri idarəetmə servisi kimi startaplar var.
    22. Ən uğurlu ulduz investor isə aktyor Ashton Kutcher-dir. Məlumata əsasən o, AirbnbBox kimi dünyada məşhur startaplara investisiya yatırıb.

     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər