"Startup Turkey"də bugün yerli startap "Lia" son 15 komanda arasında finalda çıxış edəcək

"Startup Turkey"də bugün yerli startap "Lia" son 15 komanda arasında finalda çıxış edəcək

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

2 gündür davam edən "Startup Turkey" tədbiri bugün axşam 21:00-da baş tutacaq startapların final təqdimatları ilə əsas işinə yekun vuracaq. Azərbaycandan 3 startapın təqdimatlarda iştirak etməsi haqda bu məqaləmizdə sizə ətraflı məlumat vermişdik. Artıq final mərhələsində iştirak edəcək 15 startapın adı məlumdur. Seçilmişlər arasında ölkəmizi təmsil edən "Spinal" da var. "Lia" adlı məhsulları ilə yarışa qatılan komanda 15 seçilmiş startaplar ilə birgə bu axşam yenidən investorlar önünə çıxacaq. 


"Lia" nədir? Nə üçün istifadə olunur? 

"Lia" - geyinilə bilən və qaməti düz saxlamaq vərdişinin yaranmasına kömək edən cihazdır. Cihaz sizin bədəninizin yuxarı nahiyyəsinin vəziyyətini təyin etməklə sizə belinizi əyməməyi xatırladır. Duruşunuz yanlış olduqda, "Lia" mobil telefonunuza bildiriş göndərib xatırladır ki, oturuşunuzu və duruşunuzu düzgün formada əzələ yaddaşınıza həkk etdirəsiniz. Cihaz, "Spinal Tech" tərəfindən ərsəyə gətirilib və komanda 5 nəfərdən ibarətdir. (Arif Mövsümzadə, Fidan Rüstəmova, Ülviyyə Rüstəmova, Anar Əliyev, Aleksey Cəfərov) 


2015-ci ildə ABŞ-da "Microsoft"un "Imagine Cup" müsabiqəsinin dünya üzrə İnnovasiya kateqoriyasında 2-ci yerə nail olan "Spinal Tech", 2015 ildə "İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan" qrant da alıb, alınan vəsait isə layihə rəhbərlərinin açıqlamasına görə cihazın təkmilləşdirilməsinə yönləndilmişdir. Hal-hazırda yerli startapımız Hollandiyadakı "HighTech XL" akselerasiya proqramında iştirak edir.
 
3 ay davam edən bu proqram gənc şirkətləri, onların biznes strategiyasının və istehsalatın qurulmasında, həmçinin "PHILIPS” "EY” kimi böyük kompaniyalardan professional mentorlar və ekspertlərlə birgə fəaliyyət göstərməsinə mühüm dəstək verir. Qeyd edək ki, "Lia" cihazı Mart ayında "İndiegogo" "crowdfunding” platformasında yerləşdiriləcək. Hal hazırda məhsulun platformada yerləşdirilməsi və reklamı üzərində işlər davam edir.
 
"Lia" mikrokontroller və 2 sensordan ibarət olan, çiyində oturan cihazdır. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək qamətin düzgünlüyünü yoxlayır. Əgər qamət öncədən proqram təminatı ilə müəyyən olunmuş normadan kənara çıxarsa, istifadəçi bu haqda xəbərdar olur. Xəbərdarlığın hansı vasitə ilə çatdırılmasını müştəri özü seçə bilir. Bu titrəmə (telefonda, yaxud cihazın özündə) və ya səsli siqnal ilə ola bilər. Smartfon vasitəsi ilə siz öz nəticələrinizi izləyə bilərsiz. Hər bir xəbərdarlıq hesabat üçün smartfonun yaddaşında saxlanılır və sizə uyğun qrafik yığılır. Verilmiş funksiya ümumlikdə digər proqramlar kimi istifadəçi üçün maksimal dərəcədə rahat düzəlmişdir. 


"Lia"-ın müsbət cəhətlərindən biri də onun kalibrasiyasının keyfiyyətli olmasıdır. Sensorun birbaşa çiyinlərdə ideal oturması sayəsində hissiyat dəfələrlə artır, bu da cihaz sahibinin daha yüksək nəticələr əldə etməsinə kömək edir.

Bu axşam baş tutacaq təqdimatı buradan canlı olaraq izləyə biləcəksiniz. "Technote" olaraq yerli startapımıza uğurlar arzulayırıq.








Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×