main-post-cover

    Steam Controller necə hazırlanır ?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Valve uzun müddətdir gözlənilən yeni kontrolleri Steam Controller'i keçən günlərdə satışa çıxartdı. Bəzi oyunlarda çətinlik olsa da ümumi olaraq fərqli bir təcrübə təqdim edən Steam Controller'in istehsal mərhələsinə dair əhəmiyyətli detallar isə bu gün ortaya çıxdı. Yayımlanan video ilə Steam Controller'in necə bir istehsal müddətindən keçdiyi paylaşılmışdır.
    Mövzu ilə əlaqədar açıqlama verən Valve səlahiyyətliləri "Elastik idarəçi hədəfimizə çatmaq üçün istehsalda da oxşar elastikliyə çatmağımız lazım olduğunu düşündük və bu avtomatlaşdırılmış quraşdırma mənasını verirdi. Təbii ki istehsal prosesində hələ də insan amili var amma bu anda Amerikadakı ən böyük avtomatlaşdırılmış quraşdırma xətlərindən birinə sahibik." sözləri ilə sahib olduqları bu istehsal prosesinin nə qədər ətraflı olduğunu dilə gətirmişdilər.

    Linki kopyala