Valve şirkəti rəsmi olaraq bildirib ki, Steam servisinə "xərclənmiş vəsaitlərin geri qaytarılması" funksiyası əlavə olunub. Bundan sonra Steam istifadəçiləri istənilən məhsula görə xərclədikləri vəsaitləri istənilən səbəbə görə geri ala biləcəklər. Məsələn, əgər oyunun sistem tələbləri istifadəçinin kompüterinə uyğun gəlmədikdə və yaxud oyun sadəcə olaraq istifadəçinin xoşuna gəlmədiyi halda o xərclənmiş vəsaiti geri ala biləcək.
"Valve şirkəti hər hansı səbəbdən asılı olmayaraq vəsaitləri geri qaytaracaq. Lakin bu funksiya help.steampowered.com vasitəsi ilə yanaşı oyun alınan andan etibarən 14 gündən gec olmayaraq həyata keçirilməlidir. Bundan əlavə istifadəçi oyunda ən az iki saat vaxt keçirtməlidir" - deyə Valve şirkəti bildirib.
Bildiriş təsdiq olunduqdan sonra xərclənmiş vəsait bir həftə ərzində istifadəçinin bank kartına və yaxud Steam servisindəki pul bölməsinə qaytarılacaq. Əgər müəyyən səbəblərə görə Valve vəsaiti bank kartına qaytara bilməsə həmin vəsait Steam-da olan pul bölməsinə qaytarılacaq. Bununla yanaşı Valve bildirib ki, bir sıra mənfəətlər üçün qanundankənar bu funksiyanı istifadə edəcək insanlara həmin funksiya bağlı olacaq. Bundan əlavə yeni funksiya aktivləşdirilmiş hədiyyələrə, filmlərə və VAC (Valve Anti-Cheat) block-u olan istifadəçilər üçün keçərli olmayacaq.
Şərh yoxdur